Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-479/2023 02.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində dava dalaş etmiş və onu döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X6 20 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ağdaş rayonu, Ağzıbir kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Təxminən üç ay əvvəl Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında yerləşən qəbirstanlıqdan bir neçə ağac kəsməsi ilə bağlı Ağdaş RPŞ-yə müraciət etmişdir. X1 isə evlərinin yaxınlığında yerləşən bələdiyyəyə məxsus pay torpaq sahəsində kəsdiyi ağaclara görə həmin yerə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ilə baxış keçirdib getdilər, aradan təxminən 2 saat keçdikdən sonra saat təxminən 19 radələrində qonşuluqda yaşayan Mayis Niftəliyevi küçədə görüb ona “nə səbəbə görə polis çağırtdırıb ağacları kəsdiyi yeri onlara göstərirsən” deyə bildirdiyi zaman Mayis onun bu sözündən əsəbləşərək onu nalayiq ifadələrlə təhqir edərək yaxşı edib polis çağırmışam deyə bildirdiyi zaman o, Mayisə qarşı daş ataraq ona heç bir xəsarət yetirməmişdir. Daha sonra əri X2 oraya gəldi. Maislə mübahisə edən zaman əri Dəyanət orada olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, X4 onun qonşuluğunda yaşayır. Təxminən 3 ay bundan qabaq Şəxsn yaşadığı evin yaxınlığından bir neçə ağac kəsməsi ilə bağlı Ağdaş RPŞ-yə müraciət etdi. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları həmin ağacların kəsildiyi yerə baxış keçirdib getdikkırindən təxminən 2 saat keçdikdən sonra saat təxminən 19 radələrində qonşuluqda yaşayan Şəxs və onun əri X7 onu küçədə görüb ona “nə səbəbə görə polis çağırmışdın” deyə bildirdikdə o, da onlara 'siz mənim ağac kəsməyimlə bağlı məndən şikayət etdiyiniz üçün mən də yaxşı edib sizin ağac kəsməyinizlə bağlı şikayət etmişəm” deyə bildirdiyində Nişanə onun bu sözündən əsəbləşərək yerdən daş parçası götürüb onun istiqamətinə bir neçə dəfə atdı. Həmin daş parçasından yayınan zaman daş parçası onun kürək nahiyyəsinə dəyərək kürək nahiyyəsinə zədələdi. O, isə isə həmin vaxtı bu barədə polisə məlumat verdi. Həmin vaxt orada o, qonşuluqda yaşayan Şəxs və Nişanənin əri Dəyanət Abdullayev var idi. Səs-küyə heç kim gəlmədi. Aralarındakı mübahisə 3-5 dəqiqə davam etdi. Şikayət və tələbi Şəxs ona daş ataraq xəsarət yetirməsi ilə bağlı, onun barəsində qanuni tədbir görülməsindən ibarət idi. Hazırda onunla barışmışdır. Şəxs şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində dava dalaş etmiş və onu döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-479/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-479/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver