Məhkəmə qərarları › İş №3(014)-48/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-48/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-48/2024 26.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı tötətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 yanvar 2024-cü il tarixdə saat 15:30-da Ağdaş şəhəri, H.Əliyev prospektində parkdan yerdən marixuana taparaq üzərində saxlamış, Ağdaş Rayon Polis Şöbəsində üzərinə baxış keçirilmiş və üzərindən təmiz çəkisi 0,41 qram narkotik vasitə aşkar edilmişdir. Bununla da bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs 13 yanvar 2024-cü il tarixdə saat 15:30-da Ağdaş şəhəri, H.Əliyev prospektində parkdan yerdən marixuana taparaq üzərində saxlamış, Ağdaş Rayon Polis Şöbəsində üzərinə baxış keçirilmiş və üzərindən təmiz çəkisi 0,41 qram narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Ağdaş rayonu, Yenicə kəndində ailəsi ilə birlikdə yaşayır. 13 yanvar 2024-cü il tarixdə saat 15:10 radələrində o, Ağdaş şəhəri H.Əliyev parkının ərazisində gəzərkən yerdə 1 ədəd kağız büküm görüb götürmüş və açdıqda marixuana olduğunu görmüşdür. Bundan sonra o, həmin marixuananı istifadə etmək üçün üzərində saxlamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşıb, onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra üzərində baxış keçirilmiş və üzərindən narkotik vasitə olan maricxuana çıxmış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra ondan X6 analiz götürülmüşdür. Hazırda əməlindən səmimi peşmandır, iki azyaşlı uşagı var, ailəsinin yefanə qazanc gətirənidir. Bunları nəzərə alıb ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli 17/52 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan narkotik” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0.41 qram olan maddə marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2024-cü il tarixli 61 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işinin başlanmasının rəd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan qohumluq məlumatları haqqında arayışdan görünür ki, Şəxs himayəsində 02 avqust 2011-ci il təvəllüdlü X5 və 01 iyun 2014-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.2-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 32.2-ci maddəsinə himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmadığı nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” və “Şübhəli şəxsin azad edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs 13 yanvar 2024-cü ildə saat 15:10-dan 14 yanvar 2024-cü il tarixə saat 11:15-dək şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, X7 təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırda Şəxs barəsində inzibati həbs tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməlidir, lakin məhkəmə narkoloji ekspertizasının 17 yanvar 2024-cü tarixli rəyində Şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və ona 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar