Məhkəmə qərarları › İş №3(014)-485/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-485/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-485/2024 14.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağdaş Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, hazırda heç yerdə işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti 159/7 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, İstiqlal küçəsi, dalan 12 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 oktyabr 2024-cü il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində xırda xuliqanlıq etmiş, 13 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində izahatının alınması məqsədi ilə rayon Polis Şöbəsinə dəvət edilən zaman ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 14 oktyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi X5 bildirdi ki, 12 oktyabr 2024-cü il tarixdə X9 ərizə ilə Ağdaş rayon Polis Şöbəsinə müraciət edərək Şəxs və Allahveriyev Cümşüd tərəfindən itinin vurulduğunu və həmin şəxslər tərəfindən onun ünvanına nalayiq ifadələr işlədiyindini bildirib onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı Kaman Qələndərov 13 oktyabr 2024-cü il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etdikdən sonra Ağdaş rayon X13 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman Şəxs və C.Allahverdiyev ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirərək qanuni tələbinə qəsdən tabe olmamışlar. Bundan sonra 14 oktyabr 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Ülviyyə Əliyeva ilə bir küçədə yaşayırlar və o, itə baxır. Həmin it küçədə insanların üzərinə gedir. Həmin küçədə ailə uşaq yaşamaqla yanaşı uşaqlar hər gün dərsə gedib gəlirlər və itin küçədə olması onlara narahatçılıq yaradır. X7 iti küçəyə buraxmamasını xahiş etsələr də heç bir nəticə olmamışdır. O, işdə olarkən arvadı ona zəng edərək Ülviyyə Əliyevanın itinin onu qovaladığını bildirmişdir. O, yenə də Ülviyyə Əliyevanın qapısına gedərək nə üçün iti buraxdığını soruşmuşdur. Daha sonra yenə də küçədə işləyərkən it ona hücum etmiş və o, iti əlində olan bel ilə vurmuş, yanında olan tanışı isə iti tirlə vurmuş, lakin it ölməmişdir. Polis əməkdaşları onu şöbəyə apararkən əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır və küçədə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Sahil Əliyev sualları cavablandıraraq bildirmişdir ki, hadisə 13 oktyabr 2024-cü il tarixdə olmuşdur. Saatı dəqiq xatırlamır, lakin hava qaralmışdı. Həmin vaxt ətrafda insanlar da var idi. O, Ülviyyə Əliyevanın evinə anası ilə birlikdə getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X9 verdiyi izahatında bildirdi ki, 2016-cı ildə anası öldükdən sonra sözügedən iti götürüb baxmış, onun tərbiyəsi ilə məşğul olmuşdur. O, itdə heç bir quduzluq yoxdur. Şəxs arvadı onların qonşularında xəstəyə baxırdı. Əvvəllər bir neçə dəfə qonşu ona iti küçəyə buraxmamağı bildirmişdir. O, da qonşudan işə saat neçədə gedib-gəldiyini soruşmuş, Sahilin arvadı isə səhər saat 9-dan axşam 6-ya kimi işdə olduğunu bildirmiş, o, da iti saat 6-dan sonra küçəyə buraxmışdır. Hətta küçədə olarkən uşaqlar itlə oynayırdılar və it tərəfindən heç bir kəsə heç bir hücum olunmamışdır. O, evdə olarkən Şəxs, arvadı və anası onun qapısına gələrək onun ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan sonra onların söyüşlərinə qonşular da küçəyə çıxmışdır. Onlar qapıya gələrkən Şəxs əlində bel olmuşdur. İti tirlə vuran isə Cümşüd Allahverdiyev olmuşdur. Baş verən hadisələrdən sonra DİN 102-zəng xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Hazırda hər iki şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid X10 verdiyi izahatında bildirdi ki, rayon X13 Bölməsində ünvan 3 ünvanında yaşayan X6 müraciəti əsasında araşdırması aparılan material ilə əlaqədar olaraq, Ağdaş şəhəri, H.Əliyev prospekti 159/7 ünvanında qeydiyyatda olan, xx xxxxxx 1989-cu il təvəllüdlü Şəxs və ünvan 4 ünvanında qeydiyyatda olan 29 yanvar 1993cü il təvəllüdlü X1 izahatlarının alınması məqsədi ilə rayon X13 Bölməsinə gətirilmələri ilə bağlı rayon X13 Bölməsinin baş təhqiqatçısı polis mayoru Vüsal Əzənmədovun xx.xx.2024-cü il tarixli, 3/13-62/1-25647/2024 saylı raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, 13 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etdikdən sonra Ağdaş rayon X13 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman Şəxs və C.Allahverdiyev ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirərək qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri rayon Polis Şöbəsinə gətirərək rayon X14 Hissəsinə təhvil vermişdir. İş materiallarında olan 13 oktyabr 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, rayon X13 Bölməsində ünvan 3 ünvanında yaşayan X6 müraciəti əsasında araşdırması aparılan material ilə əlaqədar olaraq, Ağdaş şəhəri, H.Əliyev prospekti 159/7 ünvanında qeydiyyatda olan, xx xxxxxx 1989-cu il təvəllüdlü Şəxs və ünvan 4-da qeydiyyatda olan, 29 yanvar 1993-cü il təvəllüdlü X1 izahatlarının alınması məqsədi ilə rayon X13 Bölməsinə gətirilmələri ilə bağlı rayon X13 Bölməsinin baş təhqiqatçısı polis mayoru Vüsal Əzənmədovun 13 oktyabr 2024-cü il tarixli, 3/13-62/1- 25647/2024 saylı raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, 13 oktyabr 2024-cü il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etdikdən sonra Ağdaş rayon X13 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman Şəxs və C.Allahverdiyev ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirərək qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri rayon Polis Şöbəsinə gətirərək rayon X14 Hissəsinə təhvil vermişdir. İş materiallarında olan X11 tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 13 oktyabr 2024-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, ünvan 7 ünvanında yaşayan Ülviyyə həyətində açıq olaraq nəzarətsiz vəziyyətdə quduzlaşmış it saxlayır. Dəfərlərlə o, və qonşuları itin hücumuna məruz qalmışlar. Onlar dəfələrlə itin sahibinə xəbərdarlıq etsələr də heç bir ölçü götürülməmişdir. Onlar küçədən keçməyə qorxurlar. Körpə uşaqları var uşaqlar küçədən keçə bilmirlər. Uşaqlara xəsarət yetirir, belə hadisələr çox olur. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan X9 tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 13 oktyabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, 12 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Şəxs və Allahverdiyev Cümşüd adlı şəxslər onun ünvanına gələrək onu söyüb təhqir etdikdən sonra küçəyə çıxaraq küçədə ünvansız küçə söyüşləri söymüşlər. Ətrafdakı insanların yanında nalayiq ifadələr işlətmişlər. Həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində bir azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 13 oktyabr 2024-cü il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar