Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-486/2021 22.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-474/2021 saylı 26 aprel 2021-ci il tarixli icra vərəqəsinin Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun qanuni tələblərini yerinə yetirməmiş, 1000 ABŞ (min) dollarını (mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə), 510 (beş yüz) manatı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs olan ödəməmişdir. Buna görə onun barəsində 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəmə iclasında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-474/2021 saylı 26 aprel 2021-ci il tarixli icra vərəqəsi 2021-ci ilin iyul ayında icraatına daxil olmuş, bundan sonra tərəfindən 08.07.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, onun izahatları alınmış, ancaq icra sənədi üzrə borclu sözügedən qətnamədən narazı olduğunu, onun Zərərçəkmiş şəxs heç bir borcunun olmadığını, qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmiş, buna görə də uzun müddət gözləmiş, lakin Şəxs şikayət vermədiyi, tələbkar Zərərçəkmiş şəxs isə durmadan Şəxs 1000 ABŞ (min) dollarının (mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə), 510 (beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etdiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-474/2021 saylı 26 aprel 2021-ci il tarixli qətnaməsi onun iştirakı olmadan çıxarılmış, keçirilmiş məhkəmə iclasları barədə bildirişlərini almamış, həmin qətnamədən rayon İcra və Probasiya şöbəsinə çağırılanda xəbərdar olmuş və qətnamədən narazı olduğunu, onun Zərərçəkmiş şəxs borcunun olmadığını, qətnamədən apellyasiya şikayəti verəcəyini icra məmuruna bildirmiş, qətnaməni rəsmi qaydada almadığına görə şikayət vermə müddətini buraxmış, buna görə də apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin hələlik şikayət verilməsi müddəti bərpa edilməmiş, son 3-4 ay ərzində özü xəstə olmuş, həmçinin iki bacısı və iki qardaşı vəfat etmiş, bu səbəbdən də apellyasiya şikayəti verilməsi müddətinin bərpası ilə məşğul ola bilməmişdir, odur ki, tezliklə sözügedən qətnamədən apellyasiya şikayəti vercəyi üçün barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-474/2021 saylı 26 aprel 2021ci il tarixli qətnaməsinin onun iştirakı olmadan çıxarıldığı, Zərərçəkmiş şəxs borcunun olmadığı, mülki işə baxılması ilə bağlı onun ünvanına məhkəmə bildirişinin göndərilmədiyi, qətnaməni almadığı və qətnamənin rəsmi qaydada ona verilməsi, qətnamədən apellyasiya şikayəti verəcəyi barədə məhkəməyə ərizələr ünvanlamış, hətta bu barədə rəsmi qaydada icra məmuruna da bildirmiş, lakin buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Ağdaş Rayon Məhkəməsinin 2(014)-474/2021 saylı 26 aprel 2021-ci il tarixli icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin borclu Şəxs icra sənədi üzrə tələbkara heç bir borcunun olmadığını, qətnamədən xəbərsiz olduğunu və qətnamənin ona rəsmi qaydada verilmədiyini, buna görə də sözügedən qətnamədən vaxtında apellyasia şikayəti verə bilmədiyini, qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəyini icra məmuruna bildirsə də, icra məmuru tərəfindən düzgün olmayaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Odur ki, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-486/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-486/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver