Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-487/2021 23.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02.11.2021-ci il tarixdə, Ağdaş rayonunun Yenicə kəndində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X4 09 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X5 əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 23.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs tanıyır. Onun dayısı nəvəsidir. 02.11.2021 -ci il tarixdə saat 15:00 radələrində yaşadığı həyət evinin qarşısından keçən su arxına çoxlu sayda ev quşu olan qazların düşdüyünü və suyu çirkləndirdiklərini görmüşdür. Həmin vaxt ev quşlarını oradan çıxararaq küçədən kənarlaşdırmaq istəmişdir. Bu zaman məşğələdən evə dönən Zərərçəkmiş şəxs görmüş və ona ev quşlarının onlara məxsus olub-olmadığını soruşmuşdur. Fərman ev quşlarının onlara məxsus olmadığını bildirmişdir. Özü də ona öz iradını bildirmişdir. Lakin ona məhəl qoymadan onunla yüksək səslə danışmış, özü ona təkrar olaraq öz iradını bildirmişdir. Bundan sonra qazları küçədən qovaraq onların yaşadıqları istiqamətə doğru qaytarmışdır. Həmin vaxt əlində ağac parçası olmuş və həmin ağac parçası ilə qazları qovmaq üçün istifadə etmişdir. Həmin vaxt əlində olan ağac parçası ilə əsəbi halda ona “siz adam deyilsiniz, siz heyvansınız” sözlərini demişdir. Özü də həmin vaxt onu vurmamış, döyməmiş, ona qarşı heç bir fiziki güc tətbiq etməmişdir. Onun barəsindəki iddialar yalan və böhtandır. Orada həmin vaxt yoldan keçən Rabil və Yusif adlı şəxslər kənarda olmuşdur. Həmin vaxt səs-küy yaranmamışdır. Zərərçəkmiş şəxs valideynləri ilə qohumluq əlaqələri vardır. Aralarında heç bir düşmən münasibəti və ədavət yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir. 02.11.2021-ci il tarixdə saat 15:00 radələrində sinif yoldaşları Sənan Şıxıyev, Rabil Baxşəlizadə və Yusif Hüseynovla birlikdə küçə ilə evə gələn zaman yolda özlərinə məxsus qaz quşlarını qonşuluqda yaşayan Samid adlı şəxsin daş ataraq onları daşladığını görmüşdür. Qazları qaytarmaq istədikdə qazların bir qismi ayrılmış və digər qazları da qaytaramaq istədikdə bu zaman qonşuluqda yaşayan Samid adlı şəxs onu ağacla vurmaq istəmişdir. Özü də Samid onu vurmaq istədiyi ağacı əli ilə tutmuşdur. Bundan sonra Samid onu itələyərək su arxına salmışdır. Bundan sonra Samid əlində olan ağac parçası ilə onun başına və bədənini digər yerlərinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt yanında olan uşaqlar Sənan Şıxıyev, Rabil Baxşəlizadə və Yusif Hüseynov onu Samid adlı şəxsin əlindən çətinliklə almışlar. Həmin vaxt Samid adlı şəxs onun ünvanına söyüşlər söymüşdür. Samid adlı şəxs onu başından ağacla vurmuş, həmin zaman yanında Sənan Şıxıyev, Rabil Baxşəlizadə və Yusif Hüseynov olmuşlar. Başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 da Zərərçəkmiş şəxs izahatında göstərdiklərinə uyğun izahat verdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs 02.11.2021-ci il tarixdə, Ağdaş rayonunun Yenicə kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 23.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 12 noyabr 2021ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 23 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 12 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-487/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-487/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver