Məhkəmə qərarları › İş №3(014)-488/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-488/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-488/2023 09.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 2023-cü ilin aprel ayında yaşadığı ünvan 1i ünvanında yerləşən evinin həyətində 1 (bir) ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş və inkişaf etmək üçün ona aqrotexniki qaydada qulluq etmişdir. Həmçinin Şəxs üzərindən 0,3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 08 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər məhkum olunmamış və heç bir yerdə işləmir. Heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən səhər saatlarında. Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Çinar" şirniyyat evinin yaxınlığından yerdə üzərinə "Poll-maal" sözü yazılmış ağzı açıq vəziyyətdə siqaret qutusu və siqaret qutusunun içərisində ağ kağız bükümün olduğunu görmüş, maraq kəsb etdiyi üçün götürüb üzərində saxlamışdır. Elə həmin günü yəni, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:45 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Çinar” şirniyyat evinin yaxınlığında olan zaman, iki nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək, Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməyində şübhəli olduğunu bildirərək, onlarla birlikdə Ağdaş RPŞyə getməli olduğunu söyləmişlər. Həmçinin onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O, həmin vaxt polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Daha sonra ona üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməyində şübhəli olduğu izah edilmiş, o da polis əməkdaşlarına həmin vaxt həqiqətən də, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona müdafiəçi ilə təmin edilmək hüququ izah edilmiş, o da təhqiqatçıya maddi imkanının olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirmişdir. Daha sonra ona vəkillərin siyahısı təqdim edilmiş, o da vəkillərin siyahısından, əvvəllər adını eşitdiyi Ərzuman Bədəlovun ona dövlət hesabına müdafiə etməsini istəmişdir. Bundan sonra Ərzuman Bədəlov dövlət hesabına ona müdafiəçi təyin olunmuş, daha sonra RPŞnin inzibati binasında onun üzərində şəxsi və götürmə aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təhqiqatçı ona üzərində olan əşyaları bir bir masanın üzərinə qoymağını təklif edilmiş, buna görə də o, üzərində olan əşyaları, bir-bir masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmçinin o, izahatında həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərinə "Poll-maM” sözü yazılmış 01 ədəd siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən "Samsung kore-2” markalı mobil telefonu və özünə məxsus VAZ 2107 markalı avtomobilin açarını çıxararaq masanın üzərinə qoymuş, daha sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi, üzərindən hər-hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş siqaret qutusunun içərisində olan kağız büküm açılmış, içərisindən yaşıl rəngli, kəskin iyə malik, bitki kütləsi aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşlarına həmin bitki kütləsinin narkotik vasitə olmasını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prorpsektində yerləşən “Çinar” şirniyyat evinin qarşısından ərazidən tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olnumuş kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,3 qram olmuşdur. Həmin kağız büküm kağız zərfə qablaşdırılaraq, üzərinə möhür vurulmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra isə polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman yaşadığı evin həyətindən 01 ədəd hündürlüyü 245 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolu aşkar olunmuşdur. Həmin narkotik tərkibli bitkiyə oxşar bitki kolu sintetik kisəyə qablaşdırılaraq, üzərinə möhür vurulmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs yaşadığı evin həyətyanı sahəsinə xx.xx.2023-cü il tarixdə saat 15:41 -də baxış keçirildi, baxış zamanı Şəxs həyətyanı sahəsindən 01 ədəd yerə əkilmiş və uzunluğu 2.45 sm olan narkotik tərkibli bitkiyə bənzər bitki aşkar edilmiş və X10 Sertifikatlaşdırma Laboratoriyasının baş aqronomu Səmədov Arif ikram oğlu rəy verərək bitkiyə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Aşkar olunmuş bitki qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxarılmış və daha sonra həmin bitki 01 ədəd zərfə qablaşdırılmışdır. Həmçinin Şəxs üzərindən 0.3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində Ağdaş rayon X3 Bölməsində araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələrinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinin göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 208-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/567 ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda 'Vət. Şəxs." yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, uzunluğu 245 sm, yaş vəziyyətdə təmiz çəkisi- 5015,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Arif Səmədovun 26 iyul 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 2018/2023 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:00-da Şəxs şübhəli şəxs qismində tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması bildirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növü təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 01 ədəd, uzunluğu 245 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 5015,0 qram olan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,3 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 01 ədəd, uzunluğu 245 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 5015,0 qram olan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,3 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar