Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-49/2024 26.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X8, Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X9, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Göyçay rayonu, Qaraman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, hazırda heç yerdə işləməyən, Vətən müharibəsi qazisi, İİ qrup müharibə əlili, Göyçay rayonunun Qaraman kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 26 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Göyçay rayonunun Ağdaş rayonu ərazisindən keçən yolda xidmətdə olan zaman Tras X20 əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə Şəxs barəsində 26 yanvar 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X14 məhkəmə iclasında bildirdi ki, Tras X20 əməkdaşı X11 xidmətdə olduğu zaman 26 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Göyçay rayonundan Ağdaş rayonu ərazisindən keçən yolda Şəxs getdiyi avtomobili saxlatmış, Yol Polisinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən sürücünün yanında əyləşmiş sərnişin Şəxs ona imkan verməmiş, bu zaman yol polisinin əməkdaşı ilə onun arasında mübahisə düşmüş, Şəxs sinirli olduğu üçün özünü saxlaya bilməyib X20 əməkdaşına nalayiq ifadə işlətmiş, sonra hadisə yerinə gələn polis əməkdaşı ondan sakit olmasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, müalicəsi ilə əlaqədar bir həftə idi ki, Mingəçevir şəhərinə xəstəxanaya gedib-gəlirdi. 26 yanvar 2024-cü il tarixdə dostu Xanoğlan İslamovdan onu X5 aparmasını xahiş etmiş, dostu maşınının ustada olduğunu desə də, onun taksiyə verməyə pulunun olmadığını görüb maşınını ustadan götürüb onu xəstəxanaya aparacağını bildirmişdir. Həmin gün saat 10:00 radələrində xidmətdə olan Tras X20 əməkdaşı onun getdiyi avtomobili Göyçay rayonundan Ağdaş rayonu ərazisindən keçən yolda saxlatmış və avtomobilin nömrəsinin yerində olmamasına görə irad bildirmiş, Xanoğlan avtomobilin ustada olduğunu, lakin qazi olan dostunu həkimə aparmaq üçün ustadan yarımçıq götürdüyünü demişdir. Bundan sonra polis əməkdaşı avtomobili cərimə meydançasına aparacağını demiş, o, polis əməkdaşına xəstəxanaya getdiklərini, hər ikisinin Vətən Müharibəsi iştirakçıları olduqlarını, özünün isə Vətən Müharibəsi qazisi olduğunu və başından kontuziya aldığını bildirib, onlara köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt Kamal Hacıyev adlı polis əməkdaşı ona “vətənə xidmət etmək sizin borcunuzdur “ demiş, o, isə “bəli borcumuzdur, ama xahiş edirəm siz də borcunuza vicdanla yanaşasız” dedikdə, Kamal Hacıyev ona “vicdansız sənsən” demiş və o, Kamal Hacıyevə nalayiq söz dedikdə, sonuncu avtomobildən düşüb onun üzərinə gəlmiş, X10rşısına keçib onu saxlamış və sonuncunun onu vurmasına mane olmuşdur. Bundan sonra Kamal Hacıyev onu xidməti avtomobilin arxasına aparıb orada döymüş, o, da özünü müdafiə etmək məqsədi ilə Kamal Hacıyevə vurmuş, lakin həmin zərbələr Xanoğlana dəymişdir. O, 44 günlük Vətən Müharibəsi əlilidir, qazidir, medalla təltif olunmuşdur. Səhhətində problemləri vardır, mütəmadi müalicə olunur və başından aldığı xəsarət nəticəsində özünü cilovlara bilmir. Bu səbəbdən polis əməkdaçı ilə əsəbi danışmış, lakin onu vurmamışdır. Etdiyi əməldən peşmandır, söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcək. Göstərdiklərini nəzərə alaraq məhkəmədən bağışlanmasını xahiş edir. X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının yol patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. 26 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində xidmətdə olduğu zaman Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan “VAZ” markalı 10VN117 dövlət qeydiyyat nişanlı avtomobili qabaq nişanı yerində olmadığı və qanunsuz qara rəngli örtüklər çəkdiyi üçün Bakı-Şamaxı-Qazax yolunun Göyçay rayonunun Ağdaş rayonu ərazisindən keçən hissəsində saxlatmış, sürücüdən sənədləri tələb etmiş, bundan sonra sürücünü spirtli içki qəbul edib-etmədiyini yoxlamaq üçün xüsusi texniki vasitə ilə, yəni alkovisior ilə test müayinəsindən keçirmiş və onda alkoqolun miqdarının 0,061 % olması müəyyən edilmişdir. Buna görə sürücüyə avtomobili ilə birlikdə bölməyə getməli olduqlarını bildirmişdir. Bu zaman sürücünün yanında olan sərnişin Şəxs ona qazi olduğunu, xəstəxanaya gecikdiyini, ağrılarının çox olduğunu bildirərək onları saxlamamasını xahiş etmiş, o, Şəxs onunla heç bir işinin olmadığını, hara istəyirsə gedə biləcəyini, əgər lazımsa onu başqa maşınla yola sala biləcəyini demişdir. Həmin vaxt o, Şəxs “vətənə xidmət etmək sizin borcunuzdur “ demiş, sonuncu isə “bəli borcumuzdur, ama xahiş edirəm siz də borcunuza vicdanla yanaşasız” dedikdə, o, “vicdansız sənsən” demiş və Şəxs ona nalayiq söz dedikdə, o, avtomobildən düşüb Şəxs üzərinə getmiş, Xanoğlan onun qarşısına keçib onu saxlamış və Şəxs vurmasına mane olmuşdur. Şəxs onun xidməti vəzifəsini yerinə yetirməyə mane olduğuna görə kömək çağırmışdır. Qeyd etdikləri ilə bağlı çəkilişin olduğu diski iş materiallarına əlavə etmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, özünə məxsus “VAZ” markalı 10VN117 dövlət qeydiyyat nişanlı avtomobili ilə 26 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhərinə xəstəxanaya gedərkən Göyçay rayonunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Tras X20 inspektoru X11 onu saxlatmış, ondan sənədləri tələb etmiş, o, müvafiq sənədləri Yol Polisinin əməkdaşına təqdim etmiş, bundan sonra Yol Polisinin əməkdaşı Kamal Hacıyev ona avtomobilin qabaq nişanının yerində olmadığı və qanunsuz qara rəngli örtüklər çəkdiyi üçün iradını bildirmiş, o da avtomobilini usta yanına qoyduğunu, tanışı qazi Şəxs ondan xərcinin az çıxması üçün onu Mingəçevir şəhərinə xəstəxanaya aparmasını xahiş etdiyinə görə avtomobilini yarımçıq usta yanından götürməli olduğunu bildirmişdir. Yol Polisinin əməkdaşı daha sonra isə onu spirtli içki qəbul edib-etmədiyini yoxlamaq üçün test müayinəsindən keçirmiş və onda alkoqolun miqdarının 0,061 % olmasını bildirərək ona onunla bölməyə getməli olduğunu və avtomobilini də aparmalı olduğunu bildirmişdir. O, polis inspektoruna spirtli içki qəbul etmədiyini bidirmiş, lakin inspektor onunla bölməyə getməsini təkid etmişdir. Bu zaman yanında olan sərnişin Şəxs polis əməkdaşına qazi olduqlarını, təcili xəstəxanaya getməli olduqlarını bildirib, onları saxlamamsını xahiş etmiş, lakin polis əməkdaşı Samirə onunla işinin olmadığını, hara istəyirsə getməsini, lazımsa onu yola sala biləcəyini söyləyərək, yenə israrla ona onunla birlikdə bölməyə getməli olduğunu bildirmişdir. Şəxs bundan əsəbiləşərək qazi olduğunu, bildirmiş və onların arasında mübahisə düşmüşdür. İlk növbədə X19 üstünə gəlmiş, o, kamal hacıyevin önünə keçib samiri vurmasının qarçısını almışdır. Bundan sonra X21 xidməti maçının arxasına aparıb orada bir neçə zərbə vurmuş, Samirin vurduğu zərbələr isə ona dəymişdir. Bundan sonra o, polis əməkdaşına Samirin canının ağrıdığını, onu başa düşmək lazım olduğunu bildirərək yol polis əməkdaşını tutmuşdur. Bundan sonra polis inspektoru X11 oraya kömək çağırmış və onları Polis şöbəsinə gətirmişlər. İş materiallarına əlavə olunmuş diskdən görünür ki, videoyazı Dövlət Yol-Patrul Xidmətinin avtomobilində olan cihazla qeydə alınır, Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayının yol patrul xidmətinin baş inspektoru vəzifəsində işləyən X11 işarə verərək Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan “VAZ” markalı 10VN117 dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırır və sürücüdən sənədləri tələb edir. Sürücü ona sənədləri təqdim edir. İnspektor X2 yoxladıqdan sonra sürücünü spirtli içki qəbul edibetmədiyini yoxlamaq üçün alkovisior ilə test müayinəsindən keçirir və sürücüdə alkoqolun miqdarının 0,061 % olması müəyyən edilir. Bundan sonra X3 sürücüyə avtomobili ilə birlikdə bölməyə getməli olduqlarını bildirir. Bu zaman sürücünün yanında olan sərnişin Şəxs qazi olduğunu, xəstəxanaya getdiklərini bildirərək X20 əməkdaşından onları saxlamamasını xahiş edir, polis əməkdaşı isə Şəxs onunla heç bir işinin olmadığını, hara istəyirsə gedə biləcəyini, əgər lazımsa onu başqa maşınla yola sala biləcəyini deyir. Həmin vaxt Kamal Hacıyev adlı polis əməkdaşı Şəxs “vətənə xidmət etmək sizin borcunuzdur “ demiş, Şəxs isə “bəli borcumuzdur, ama xahiş edirəm siz də borcunuza vicdanla yanaşasız” dedikdə, X24 Süleymanova “vicdansız sənsən” demiş, samir X12 nalayiq ifadə işlətdikdə, sonuncu avtomobildən düşüb Şəxs üzərinə gəlmiş, X10rşısına keçib onu saxlamış və sonuncunun Şəxs vurmasına mane olmuşdur. Bundan sonra baş verən hadisələr kameraya düşməmişdir. İş materiallarında olan raportdan görünür ki, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, baş serjant Rəvan Muradov raportla Ağdaş rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfalı Həsənalıyevə raportla müraciət edərək 26 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Göyçay rayonunun Ağdaş rayonu ərazisindən keçən yolda xidmətdə olan zaman Tras X20 əməkdaşları ilə bir nəfər şəxsin münaqişə edərək tabesizlik göstərməsi ilə bağlı Ağdaş RPŞ-nin əməkdaşlarını köməyə çağırmış, Rəvan Muradov həmin əraziyə yaxınlaşan zaman bir nəfər şəxsin Tras X20 əməkdaşları ilə münaqişə etdiyini və ucadan qışqırdığını görmüş, həmin şəxüsə yaxınlaşaraq onu sakit olmağa ictimai qaydanı pozmamağa dəvət etmiş, lakinhəmin şəxs buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək onun qanuni təlıəbinə qəsdən tabe olmadığı üçün həmin şəxsi Ağdaş rayon Polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermiş, növbətçi hissədə həmin şəxsin Göyçay rayon Qaraman kəndində yaşayan xx.xx.1991-ci il təvəllülü Şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin verdiyi 2183 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının müstəqilliyi və bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak etmiş və yaralanmışdır, İİİ qrup müharibə əlilidir. İş materiallarında olan portaldan əldə olunmuş pensiya məlumatları haqqında sorğuya cavabdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 410.12 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən müharibə iştirakçısı olmaqla, İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2024-cü ildə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-49/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-49/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver