Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-49/2025 22.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 20 yanvar 2025-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində küçədə səsküy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş,ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X10 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 20 yanvar 2025-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində küçədə səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş,ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu, Dəhnəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə o, Ağdaş rayonu, Dəhnəxəlil kəndində Şirvan kanalının yaxınlığında olan çayxanada oturub çay içiərkən, həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. Sonra o, polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə getmiş, ətrafda çox adam olmuş, atası onun yanında olmuş, söyüş söyməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 20 yanvar 2025-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin TB-dan daxil olmuş raport əsasında Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə polis nəfəri, polis serjantı Rauf Yunusovla birlikdə Ağdaş rayon, Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs yaşadığı ünvana getmişlər. Ailə üzvləri onun evdə olmadığını, Dəhnəxəlil kənd ərazisində yerləşən çayxanada olduğunu bildirmişlər. Onlar həmin çayxanaya gedib həmin şəxsi çayxanada aşkar etmişlər. Həmin şəxsə özlərini təqdim edərək Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsində aparılan araşdırma ilə bağlı izahat vermək üçün onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs küçədə ucadan səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Polis şöbəsinə getmək istəmədiyini bildirmiş, həmin şəxsə sakit olmasını, ictimai qaydanı pozmamağını bildirmişlər. Ona AR İXM-nin 510-cu maddəsini izah etmişdilər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmiş və onlara tabesizlik göstərmişdir. Onlar bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi polis şöbəsinə gətirmək üçün Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəyə məlumat virmişlər. Məsul növbətçi həmin ərazidə xidmət aparan PPXB-nün polis nəfərləri, polis serjantı X11 və polis serjantı X2 üçün onların yanlarına göndərmişlər. Onlar PPXB-in əməkdaşları ilə birlikdə həmin şəxsi nizamintizama dəvət edib polis şöbəsinə gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər. Daha sonra şahid sualları cavablandırarkən bildirdi ki, hadisə çayxananın qarşısında baş verib, çayxananın qarşısında iki nəfər polis əməkdaşı və Şəxs olmuşlar. Hətta yardım üçün post patrul çağırılmışdır. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 20 yanvar 2025-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin TB-dan daxil olmuş raport əsasında Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə polis nəfəri, polis serjantı Rauf Yunusovla birlikdə Ağdaş rayon, Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs yaşadığı ünvana getmişlər. Ailə üzvləri onun evdə olmadığını, Dəhnəxəlil kənd ərazisində yerləşən çayxanada olduğunu bildirmişlər. Onlar həmin çayxanaya gedib həmin şəxsi çayxanada aşkar etmişlər. Həmin şəxsə özlərini təqdim edərək Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsində aparılan araşdırma ilə bağlı izahat vermək üçün onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs küçədə ucadan səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Polis şöbəsinə getmək istəmədiyini bildirmiş, həmin şəxsə sakit olmasını, ictimai qaydanı pozmamağını bildirmişlər. Ona AR İXM-nin 510-cu maddəsini izah etmişdilər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam etmiş və onlara tabesizlik göstərmişdir. Onlar bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi polis şöbəsinə gətirmək üçün Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəyə məlumat virmişlər. Məsul növbətçi həmin ərazidə xidmət aparan PPXB-nün polis nəfərləri, polis serjantı X11 və polis serjantı X2 üçün onların yanlarına göndərmişlər. Onlar PPXB-in əməkdaşları ilə birlikdə həmin şəxsi nizamintizama dəvət edib polis şöbəsinə gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər. Daha sonra şahid sualları cavablandırarkən bildirdi ki, hadisə çayxananın qarşısında baş verib, çayxananın qarşısında iki nəfər polis əməkdaşı və Şəxs olmuşlar. X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Ağdaş rayon, Dəhnəxəlil kəndində PPXB-nün polis nəfəri, polis serjantı Həmid Əliyev ilə birlikdə xidmətdə olduqları zaman Ağdaş rayon Polis şöbəsinin məsul növbətçisi onlara zəng edərək Ağdaş rayon, Dəhnəxəlil kəndində yerləşən çayxanada Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs polis əməkdaşları Maarif Yaqubov və Rauf Yunusovun qanuni tələbinə qəsdən tabe olmadığını, həmin şəxsi polis şöbəsinə gətirmək üçün həmin yerə gedərək polis əməkdaşlarına kömək etməklərini bildirmişdir. Onlar dərhal həmin yerə getmişdilər. Şəxs çayxananın qarşısında səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşdülər. Maarif Yaqubov və Rauf Yunusovla birlikdə həmin şəxsi nizam-intizama dəvət etmişdilər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam edirdi. Onlara tabesizlik göstərmişdir. Onlarda bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi polis şöbəsinə gətirdilər və növbətçi hissəyə təhvil vermişdilər. X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Ağdaş rayon, Dəhnəxəlil kəndində PPXB-nün polis nəfəri, polis serjantı X11 ilə birlikdə xidmətdə olduqları zaman Ağdaş rayon Polis şöbəsinin məsul növbətçisi onlara zəng edərək Ağdaş rayon, Dəhnəxəlil kəndində yerləşən çayxanada Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şəxs polis əməkdaşları Maarif Yaqubov və Rauf Yunusovun qanuni tələbinə qəsdən tabe olmadığını, həmin şəxsi polis şöbəsinə gətirmək üçün həmin yerə gedərək polis əməkdaşlarına kömək etməklərini bildirmişdir. Onlar dərhal həmin yerə getmişdilər. Şəxs çayxananın qarşısında səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşdülər. Maarif Yaqubov və Rauf Yunusovla birlikdə həmin şəxsi nizam-intizama dəvət etmişdilər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq küçədə səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə davam edirdi. Onlara tabesizlik göstərmişdir. Onlarda bundan sonra həmin şəxsə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tələblərini izah edərək barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi polis şöbəsinə gətirdilər və növbətçi hissəyə təhvil vermişdilər. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 yanvar 2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 yanvar 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-49/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-49/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver