Məhkəmə qərarları › İş №3(014)-490/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-490/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-490/2021 08.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseynov Pöhriz Səttar oğlunun, zərərçəkmiş şəxs Güləhmədov Kamran Qüdrət oğlunun iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 20 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz təsərrüfatına məxsus olan 13 baş iri buynuzlu inək malını örüş sahəsinə ötürərkən Ağdaş - Ləki yolunun 5-ci km-də yolun sağ hissəsindən sol hissəsinə asfalt örtüklü yolla keçirərkən mallardan üzü Ləki istiqamətinə hərəkət edən “Hunday” avtobus markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtobusun yoluna çıxmış, nəticədə avtobus malı vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmasa da, avtobusa maddi ziyan dəymişdir. Buna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və Ağdaş rayonunun Pirəyir kəndində yaşadığını, 20 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində öz təsərrüfatına məxsus olan 13 baş inək malını yaşadığı Pirəyir kənd fermasında örüşə buraxmaq üçün tövlədən cıxardığını, malları tövlədən cıxarandan sonra təxminən 300 m arxaları ilə getdiyini, sonra isə malları oğluna təhvil verdiyini, təxminən yarım saat sonra qonşularının ona, malının birini maşın vurduğunu xəbər verdiklərini, bundan sonra hadisə yerinə getdiyini, orada “Hunday” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün “Cəlal” restoranının qarşısında Ləki istiqamətinə gedərkən malını vurduğunu gördüyünü, hadisə zamanı inək malının ölmədiyini, lakin yaralı vəziyyətdə olduğunu gördüyünü, avtobusa isə ciddi maddi ziyan dəydiyini, hazırda malının öldüyünü,hadisə zamanı bədən xəsarəti alanın olmadığını, inək mallarının sahibi özü olduğunu, avtobusun sürüçüsü Zərərçəkmiş şəxs onun iştirakı ilə alkobisorgı cihazi ilə yoxlanıldığını, onun sərxoşluğunun müəyyən olunmadığını, vurduğu ziyanı ödəmədiyini, avtomobusun sürücüsü kimi ona da ziyan dəydiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında idarə etdiyi özünə məxsus “Hunday” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtobusu ilə 20 noyabr 2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Ağdaş-Ləki yolunun 5-ci km-də üzü Ləki istiqamətində hərəkətdə olan zaman “Cəlal” restoranının qarşısından keçərkən 1 baş iri buynuzlu inək malının yolun sağ hissəsindən yolun asfalt örtüklü hissəsi ilə yolun sol hissəsinə keçərkən qəflətən onun hərəkət yoluna çıxdığını, bu zaman inək malını vurduğunu, hadisədən sonra avtobusdan düşdüyünü və inək malının ölmədiyini, inək malının yolun sol hissəsi ilə digər inək mallarının yanına getdiyini gördüyünü, hadisə zamanı inək malının yanında heç kəsin olmadığını, hadisədən təxminən 20-25 dəqiqə sonra hadisə yerinə yol polisinin gəldiyini, polislər gələndən sonra inək malının sahibi Şəxs hadisə baş verən yerə yaxınlaşdığını, hadisə zamanı avtobusda olan üç nəfər sərnişinin və özünün heç bir bədən xəsarəti almadığını, tibbi müaniyəyə ehtiyaçlarının olmadığını, lakin avtobusa çiddi ziyan dəydiyini, avtomobilinə dəymiş maddi ziyana görə malın sahibi tərəfindən ona heç bir məbləğ ödənilmədiyini, buna görə də Şəxs şikayətçi olduğunu və ondan dəymiş ziyanı tələb etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Hüseynov Pöhriz Səttar oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1971-ci ildə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan Hüseynov Pöhriz Səttar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar