Məhkəmə qərarları › İş №3(014)-492/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-492/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-492/2022 09.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağdaş rayonu Əmirmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu Əmirmahmud kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 09 sentyabr 2022-ci il tarixdə saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Neymətabad kəndində yerləşən fermadan 100 manat dəyərində elektrik naqilləri, 50 manat dəyərində “Samsunq” markalı mobil telefon və 200 manat dəyərində işıq tənzimləyəyn aparatın iç hissəsini oğurlayaraq İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq, xırda talama etmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Neymətabad kəndində yerləşən fermadan 100 manat dəyərində elektrik naqilləri, 50 manat dəyərində “Samsunq” markalı mobil telefon və 200 manat dəyərində işıq tənzimləyəyn aparatın iç hissəsini oğurlayaraq İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq, xırda talama etmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçı, Ruhid Yaqublu tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən araşdırılma aparılmış, Şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, onun və digər şəxslərin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Ağdaş rayonu Əmirmahmud kəndində yaşadığını, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Neymətabad kəndində yerləşən fermadan 100 manat dəyərində elektrik naqilləri, 50 manat dəyərində “Samsunq” markalı mobil telefon və 200 manat dəyərində işıq tənzimləyəyn aparatın iç hissəsini oğurladığını, əməlindən peşman olduğunu, vurmuş olduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş rayonu Neymətabad kəndində özünə məxsus ferması olduğunu, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ona məxsus fermadan 100 manat dəyərində elektrik naqilləri, 50 manat dəyərində “Samsunq” markalı mobil telefon və 200 manat dəyərində işıq tənzimləyəyn aparatın iç hissəsini oğurladığını, ona vurmuş olduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruhid Yaqublunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Neymətabad kəndində yerləşən fermadan 100 manat dəyərində elektrik naqilləri, 50 manat dəyərində “Samsunq” markalı mobil telefon və 200 manat dəyərində işıq tənzimləyəyn aparatın iç hissəsini oğurlayaraq İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq, xırda talama etmişdir. X2 tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyanlıq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin ərizəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1352138 nömrəli inzibati icraata xitam verilsin. 08 sentyabr 2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş Şəxs dərhal inzibati həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar