Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-493/2021 24.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.1992-ci ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.10.2021-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonunun Qarağan- Şıxlar kəndində şəxsi münasibətlər zəmnində Muxtəsərova Samirə Tərlan qızı və Zərərçəkmiş şəxs2 öz həyətlərində döyərək, sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X6 08 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 17.10.2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadıqları evdə olan zaman səs-küy olmuşdur və evdən bayıra çıxmışdır. Həmin vaxt az əvvəl arvadı Şahid toyuqların itməsini ona bildirmişdir. Özü küçəyə çıxdıqda həmin vaxt arvadı Heyranın qonşu Hənifənin həyətindən səsi gəldiyini eşitmiş və qonşu Heyranın yaşadığı evin həyətinə daxil olmuşdur. Bu zaman arvadı Heyran ilə qonşusu Hənifənin qızları Samirə və Xanımın mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşaraq nə səbəbdən mübahisə etdiklərini soruşmuşdur. Bu zaman Hənifə və onun qızları Samirə və Xanım onun üzərinə hüçüm çəkmişlər. Onların qadın olduqları səbəbindən də arvadı Heyranı qırağa çəkmişdir. Həmin vaxt arvadı Heyran ona qonşunun həyətinə itmiş toyuqlarının onların həyətində olub-olmamasını öyrənmək məqsədi ilə keçdiyini bildirmişdir. Bundan sonra qonşu Hənifə və onun qızları Samirə və Xanım onun ünvanına söyüşlər söyərək ona hücum çəkmişlər. Bu zaman arvadı qarşıya keçmiş və onları sakitləşdirmək istəmişdir. Həmin vaxt onlar arvadı Heyrana hüçum çəkmişlər və həmin vaxt Hənifə və onun qızları Samirə və Xanımı sakitləşdirmək məqsədi ilə onları itələyərək kənarlaşdırmağa çalışmışdır. Lakin bütün bunlara baxmayaraq, onlar təkrar olaraq arvadı Heyrana hücum çəkmişlər. Özü bir daha Samirə və Xanımı uzaqlaşdırmaq məqsədi ilə arvadı Heyranı oradan öz yaşadığı evə aparmaq istəyərkən Samirə və Xanım onun arvadı Heyrana hüçum çəkmişlər. Arvadına əsas hücum çəkən şəxs Xanım olmuşdur. Özü onları aralaşdırarkən hər üçü, yəni arvadı Heyran, Xanım və Samirə yerə yıxılmışlar. Bundan sonra arvadını ayıraraq öz yaşadığı evə gətirmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq səhəri gün polisə bu barədə məlumat vermişlər. Hənifə və onun qızları Samirə və Xanım onunla qonşudurlar. Əvvəldən də münasibətləri yaxşı olmamış, sonradan özü onun yaşadığı evə barışıq məqsədi ilə bir neçə şəxs göndərmişdir. Lakin bütün bunlara baxmayaraq, onlar heç bir razılığa gəlməmişlər. Həmin gün onları sakitləşdirməyə çalışmışdır. Bütün bu baş verənlər təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Onlarla aralarında mübahisə 17.10.2021-ci il tarixdə saat 20-21 radələrində Ağdaş rayonu Qarağan-Şıxlar kəndində yerləşən Hənifənin yaşadığı evin həyətində baş vermişdir. Həmin zaman orada özü, arvadı, qonşusu Hənifə, qızları Xanım və Samirədən başqa heç kim olmamışdır. Həmçinin, yaranmış səs-küyə heç kim gəlməmişdir. Onlarla aralarında heç bir düşmən münasibəti və ədavət olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 17.10.2021-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları evdə olan zaman qonşuluqda yaşayan Süleyman və onun arvadı Heyran onun yaşadığı evin həyətinə daxil olmuşlar və ona yüksək səslə söyüşlər söyərək onlara məxsus toyuğun geri qaytarılmasını tələb etmişlər. Həmin zaman həyətdə özündən başqa anası və bacısı Samirə olmuşlar. Bu zaman Süleyman və arvadı onların yaşadıqları evin həyətində olan toyuq hininə girmək istəmişlər. Həmin zaman onlara öz etirazını bildirmişdir. Bu zaman Süleyman onu təpik və sillə ilə bədəninin müxtəlif yerlərindən vurmuşdur. Özü də onun zərbələrinin təsirindən yerə yıxılmışdır. Bundan sonra Süleymanın arvadı Heyran onun sinəsinə çıxaraq boğaz nahiyəsindən əlləri ilə xəsarətlər yetirmişdir. Həmin vaxt yaxınlıqda olan anası və bacısı Samirə səsə gəlmişlər. Bu zaman Süleyman və arvadı Heyran onun bacısı Samirəni də vurub döyməyə başlamışlar. Anası çətinliklə də olsa onları Süleyman və arvadı Heyrandan ayırmışdır. Həmin mübahisə təxminən 15-20 dəqiqə çəkmişdir. Bundan sonra Süleyman və arvadı Heyran onların yaşadıqları evin həyətindən uzaqlaşaraq çıxıb getmişlər. Daha sonra həmin gün axşam atası bu barədə DİN-in 102 xidmətini yığaraq məlumat vermişdir. Mübahisə zamanı yaranmış səs-küyə heç kim gəlməmişdir. Mübahisəyə səbəb onlar yaşadıqları evdə olan zaman Süleymanın onları təhqir edərək yaşadıqları evin həyətinə daxil olması və arvadı ilə birlikdə qəfildən onlara məxsus 1 ədəd toyuğun onların ev quşlarına qarışmasını bildirməklə hücum etməsi olmuşdur. Hadisə zamanı o və bacısı xəsarətlər almışlar. Ona həm Süleyman, həm də onun arvadı Heyran xəsarətlər yetirmişdir. Ümumiyyətlə, Süleyman və Heyrana onların həyətindən çıxmasını bildirsə də, onlar təhqiramiz ifadələr işlədərək ona hücum etmişlər. Xəsarətlərinə görə 3 həftə məktəbə gedə bilməmişdir. Şəxs ən ağır formada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə da X.Müxtəsərovanın izahatında göstərdiklərinə uyğun izahatlar verdilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs 17.10.2021-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öz həyətlərində döyərək, sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra X1 İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, Şəxs onun əridir. 17 oktyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində onlara məxsus toyuqlar qonşuluqda yaşayan Hənifə, Xanım və Samirəni yaşadığı evin həyətinə girmişlər. O da toyuqlarını götürmək üçün həmin həyətə keçmişdir. Həyətə daxil olduqdan sonra Xanım ona həyətdən çıxmasını və onların hinində başqa şəxsə aid toyuqların olmadığını demişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır və qarşılıqlı olaraq bir-birlərinə xəsarətlər yetirmişlər. Həm o Xanıma, həm də Xanım ona xəsarətlər yetirmişdir. Daha sonra hadisə yerinə əri Süleyman, Hənifə və Samirə də gələrək onları aralaşdırmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxslərin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 11 noyabr 2021ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 11 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin halları ilə müəyyən edilmişdir ki, inzibati xəta yetkinlik yaşına çatmayan iki nəfər şəxsə qarşı törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran haldır. Bundan başqa, həm zərərçəkmiş şəxslərin, həm onların qanuni nümayəndəsinin, həm də hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid izahatları ilə müəyyən edilir ki, inzibati xəta törədilərkən Şahid özü də zərərçəkmiş şəxslərə xəsarətlər yetirsə də, onun da bu əməllərindən şikayət verilməyinə baxmayaraq, istintaq orqanı bu fakta heç bir hüquqi münasibət bildirməmişdir. Buna görə də hazırkı halda inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi və bunun ağırlaşdırıcı hal kimi nəzərə alınması məsələsinə qiymət vermək mümkün deyil. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24.11.2021-ci il tarixindən, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-493/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-493/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver