Məhkəmə qərarları › İş №3(014)-493/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-493/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-493/2025 23.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Ağdaş şəhərində yerləşən “sizin məkan” adlı çay evinin qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, polis əməkdaşlarının sakit ol qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Ağdaş şəhər İdman Kompleksi ilə üzbəüz yerləşən “sizin məkan” adlı çay evinin qarşısında uca səslə qışqıraraq ünvansız söyüşlər söyüb, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu nizam-intizama dəvət etmələrinə baxmayaq polis əməkdaşlarının “sakit ol”, “sakitləş” qanuni tələblərinə məhəl qoymayıb, öz hərəkətlərinə davam etmişdir. Həmin hadisə ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda isə hadisənin xx.xx.2025-ci il tarixdə saat 23:00-da törətildiyi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, protokoldan və əlavə olunmuş sənədələrdən də göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən inzibati xəta hadisəsinin törədilmə vaxtı düzgün qeyd edilməmişdir. Bununla da protokol və ona əlavə olunmuş sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar