Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-494/2025 18.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inispektoru, X2 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 12 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, X6 tərəfindən 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X5 12 sentyabr 2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edəkən yol nişanının tələblərinə riayət etməməsi, yolayrıcını keçmə qaydalarının pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək ona 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Bakı şəhər BDYPİ Yol Patrul Xidməti inspektoru X2 TP7504968 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda onun Mercedes Benz markalı, **-XX-*** qeydiyyat nömrəli avtomobillə Bakı şəhər X8 küçəsi 243 ünvanında hərəkət edərkən yolayrıcı keçmə qaydalarını pozduğu qeyd edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. O, həmin gün həmin saatda X8 küçəsində hərəkət edən zaman oradakı yol nişanlarının və nizamlayıcının tələbinə uyğun hərəkət etmişdir. Üstün hərəkət etmək hüququ olan hər hansı nəqliyyat vasitəsinin hərəkətini məhdudlaşdırmamışdır. X9 həmin cəriməni tətbiq edərkən qanunsuz və əsassız protokol tərtib etmişdir. Üstəlik həmin protokolla razı olmadığı halda birbaşa qərar qəbul etmişdir. Halbuki protokolla razı olmadığı təqdirdə bu barədə qeyd edilməli, daha sonra qərar qəbul edilməli idi. DİN Bakı şəhər BDYPİ Yol Patrul Xidməti inspektoru X2 İXP7423245 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu əsasında tərtib edilmiş TP7504968 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, 12 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, X8 küçəsində hərəkətdə olan zaman, yolayrıcını keçmə qaydasını pozmamış, həmin yolda nişanın göstərdiyi kimi hərəkətdə olmuş, yolun sol istiqamətinə dönərək yoluna davam etmişdir. Bundan sonra Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, X6 tərəfindən tərtib olunmuş protokolla razı olmamış və bu həmin protokolda qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işin materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru, X2 12 sentyabr 2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 12 sentyabr 2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə edəkən yol nişanının tələblərinə riayət etməməsi, yolayrıcını keçmə qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək ona 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuşdur. Zərurət yarandığından DİN-in Baş X12 İdarəsinə 01 oktyabr 2025-ci il tarixdə sorğu verilmiş həmin sorğuya əsasən X3 barəsində Azərbaycan Respublikasının Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərar çıxarılması üçün əsas olan foto və video görüntülərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğu əsasında məhkəməyə inzibati xətanın törədilməsinə dair heç bir foto və video görüntü təqdim edilməmişdir. Belə ki, əgər X5 inzibati xəta törətməsi ilə razılaşmışdırsa, belə olan halda onun barəsində inzibati xəta haqqında protokol deyil, inzibati xəta haqqında qərar qəbul edilməli idi. Əksinə, X5 inzibati xəta törətməsi ilə razılaşmamışdırsa, belə olan halda inzibati xəta haqqında protokol tərtib edilməli və onun iştirakı ilə baxılması üçün yuxarı səlahiyyətli vəzifəli şəxsə göndərilməli idi. Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inispektoru, X6 isə qanunvericiliyin tələblərinə riayət etmədən, eyni gündə həm inzibati xəta haqqında protokol tərtib etmiş, həm də eyni gündə özü qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi X5 barəsində tərtib edilmiş 12 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş araşdırılarkən 01 oktyabr 2025-ci il tarixdə DİN-in Baş X12 İdarəsinə həmin soruğuya heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar 12 sentyabr 2025-ci tarixdə qəbul edilərək, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X4 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Eyni zamanda, inzibati xəta vaxtında düzgün araşdırılmadığından (ümumiyyətlə araşdırma aparılmadığından), həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında işlərdə sübut növü hesab edilə bilən heç bir sübut mövcud deyil. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqandan inzibati xətanın töerədilməsinə dair sübut təlb olunmasına baxmayaraq məhkəməyə Rüfət Bayramovun təqsirinə dair heç bir sübut təqdim olunmamışdır. Belə olan halda isə sübut etmə yükü inzibati orqanın üzərində qalır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı halda isə nə maddi sübutlar, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, nə digər sənədlər, nə xüsusi texniki vasitələrin göstəriciləri ilə, nə də qanuna uyğun olaraq tərtib edilməyən inzibati xəta haqqında protokolla və qanunvericiliklə müəyyən edilmiş digər protokollarla inzibati xətanın baş verməsi təsdiq olunmur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edili. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru X6 tərəfindən 12 sentyabr 2025-ci ildə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin Yol Patrul Xidməti inspektoru X6 tərəfindən 12 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-494/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-494/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver