Məhkəmə qərarları › İş №3(014)-495/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-495/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-495/2022 26.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Ağdaş rayonu Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 26 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu Kotanarx kəndində kənd camaatı üçün nəzərdə tutulmuş çardaxda həmkəndliləri Ramazan və Səlim adlı şəxslərlə birlikdə qumar (domino) oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində 08 sentyabr 2022-ci il inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 izah etdi ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu Kotanarx kəndində kənd camaatı üçün nəzərdə tutulmuş çardaxda həmkəndliləri Ramazan və Səlim adlı şəxslərlə birlikdə pul ilə qumar (domino) oynadıqları aşkar edilmişdir. Tərəfindən araşdırma aparlmış, Şəxs, X5 və X3 izahatları alınmış və bundan sonra Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 525ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyətdən azad edən, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarında olan Şəxs izahatlarından görünür ki, Ağdaş rayonu Kotanarx kəndində kənd camaatı üçün nəzərdə tutulmuş çardaxda həmkəndliləri Ramazan və Səlim adlı şəxslərlə birlikdə pul ilə qumar (domino) oynamışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-493/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə maddi sübut – 7 (yeddi) manat pul və 28 ədəd oyun ləvazimatı olan domino dövlət nəfinə müsadirə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Аzərbаycаn Rеspublikаsı İХM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Аzərbаycаn Rеspublikаsı İХM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Rеspublikаsı İXM-nin 31.2-ci maddəsinin tələbinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun əməlində inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbehi tətbiq edilməli, iş üzrə maddi sübut – 7 (yeddi) manat pul və 28 ədəd oyun ləvazimatı olan domino Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-493/2022 nömrəli inzibati xəta haqqında iş üzrə məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə təyin edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 7 (yeddi) manat pul və 28 ədəd oyun ləvazimatı olan domino Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)- 493/2022 nömrəli inzibati xəta haqqında iş üzrə məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar