Məhkəmə qərarları › İş №3(014)-497/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-497/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-497/2020 24.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibinin olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat açılsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Ağdaş RPŞ-nə gəlməsinin mümkün olmaması və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs bir müddət onun mağazasında işlədiyini, həmin vaxtlar Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə olan münasibətindən 3 yaşlı Harun adlı bir oğlan övladlarının olduğunu, Gülnarə ilə 2012-ci ildə dini nikah bağladığını, Gülnarə ilə aralarında əvvəllər heç bir problem və narazılığın baş vermədiyini, Gülnarənin son günlərdə məişət pozğunçuluğu ilə məşğul olduğuna görə uşağı ondan almaq qərarına gəldiyini, bu səbəbdən aralarında narazılıqların yarandığını, xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında uşağı görmək üçün Gülnarənin yaşadığı ünvana getdiyini, avtomobilini Gülnarənin yaşadığı evin qarşısında küçədə saxladığını, lakin Gülnarənin ona maşından düşüb uşağı görməyə imkan vermədiyini, həmin vaxt uşağın çöldə qapının qarşısında oynadığını, Gülnarənin onun səsini eşidən kimi qışqıra-qışqıra çölə çıxıb onu nalayiq sözlərlə təhqir etdiyini və Harunu götürüb qonşuya qaçdığını, buna görə avtomobilinə oturub geri qayıtdığını, həmin gün Zərərçəkmiş şəxs yaşadığı ünvana yalnız bir dəfə getdiyini, həmin gün Gülnarəni vurmadığını, ona heç bir xəsarət yetirmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs ilə bir müddət qeyri-rəsmi münasibətində olduğunu və bu münasibətdən 3 yaşında olan Harun adlı bir uşaqlarının olduğunu, əvvəllər Seymurla aralarında hər hansı bir narazılığın, problemin olmadığını, lakin son vaxtlar aralarında problemlərin yarandığını, belə ki, Seymura uşağı görməsinə imkan verməsinə baxmayaraq onun uşağı ondan almaq istədiyini, Seymurun tamamilə yalan danışdığını, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Seymurun onun yaşadığı evə gəldiyini, söhbət əsnasında Seymurun ona uşağı birdəfəlik ondan alacağını dediyini, onun da Seymura uşağı istədiyi vaxt gəlib görə biləcəyini dediyini, lakin Harunun onun yanında qalacağını bildirdiyini, Seymurun isə ona təkrarən Harunu birdəfəlik aparacağını söylədiyini, buna görə Seymurdan evindən çıxıb getməsini tələb etdiyini, bu zaman Seymurun ona qarşı nalayiq ifadələr işlətdiyini, bundan sonra aralarında mübahisə yarandığını, mübahisə zamanı Seymurun iki dəfə təpiklə onun sol böyür nahiyəsindən, sonra isə yaxınlıqda olan döşəmə silən ağacla bir neçə dəfə onun baş və çiyin nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt əlləri ilə başını tutduğundan əllərinə də zərbələrin dəydiyini, sonra onun yaxınlıqda vedrədə olan suyu götürüb Seymurun üstünə tökdüyünü, bundan sonra Seymurun çıxıb getdiyini, həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində Seymurun yenidən onun yaşadığı evə qayıtdığını, bu dəfə Seymurun onu öldürməklə hədələdiyini və onun əlində qara rəngli bir əşyanın olduğunu gördüyünü, bu zaman qorxub uşağı da götürüb qonşuları Tamellanın yaşadığı evə getdiyini və sonra da Seymurun onu narahat etməsi barədə AR DİN-nin 102-xidmətinə məlumat verdiyini, bu hadisələr zamanı səs-küyə heç kimin gəlmədiyini, hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini, hazırda da Şəxsla barışmadığını və ondan şikayətçi olduğunu bildirdi. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi izahatında iş üzrə Zərərçəkmiş şəxs ilə yaxın qonşu olduğunu, Şəxs da tanıdığını, Şəxsla Zərərçəkmiş şəxs əvvəllər qeyri-rəsmi münasibətdə olduqlarını, onların 3 yaşında bir övladlarının olduğunu, əvvəllər aralarında heç bir narazılığın, problemin olmadığını, lakin son vaxtlar Şəxs uşağı Gülnarədən almaq istədiyinə görə aralarında problemlərin yarandığını bildiyini, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs uşağını da götürüb onun yaşadığı evə gəldiyini, ondan nə baş verdiyini soruşduqda Gülnarənin ona Seymurun onun yaşadığı evə gəlib oğlu Harunu ondan almaq istədiyini bildirdiyini və onun əlində qara rəngli nəyin isə olduğunu, Seymurdan qorxduğu üçün onlara gəldiyini, sonra da Gülnarənin ondan DİN-nin 102 xidmətinə zəng etməsini xahiş etdiyini, onun da 102 xidmətinə zəng etdiyini, həmin gün səhər saatlarında qonşuların onu çağıraraq Gülnarəgildə dava-qırğın olduğunu dediklərini, lakin onun həmin dava-dalaşı görmədiyini, Gülnarənin həqiqətən xəsarət aldığını təsdiq etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin, Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 643 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sahibkarlıq fəzaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar