Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-498/2020 25.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri, Bakı dördyolu adlanan ərazidə yerləşən kafedə Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ İQ-nun müstəntiqi, polis mayoru Azər Hüseynlinin xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı Mətləb İsmayılov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək özünün fərdi təsərrüfatla, payız aylarında isə xurma tədarükü ilə məşğul olduğunu, Xəyal və Fərid adlı şəxsləri tanıdığını, Xəyal adlı şəxslə əvvəllər alver etdiyini, Fəridi də Xəyala görə tanıdığını, lakin aralarında pul mübahisəsi yarandığını, 2019-cu ilin payızında Xəyalın onun vasitəsi ilə Ağdaş rayonunda müxtəlif şəxslərə xurma yeşiyi payladığını, həmin şəxslərdən həmin yeşiklərə xurma yığıb Xəyala verməli olduqlarını, bunun müqabilində onlara da hər yeşikdən qəpikquruş qalmalı olduğunu, yeşik payladıqları şəxslərlə özü və şəriki Şahinin əlaqədə olduqlarını, daha doğrusu Şahinin həmin şəxsləri tanıdığı üçün əsas işi Şahin gördüyünü, həmin şəxlərin də hər birinə ciblərindən beh payladıqlarını, behlə bağlı Xəyalın onlara heç bir məbləğ vermədiyini, beh verdikləri vaxt insanların malı yeşiklərə yığdırdıqlarını, lakin Xəyalın malı götürmədiyini, həmin malın da qalıb batmaq üzrə olduğu üçün insanların malı digər şəxslərə verdiklərini, onların behinin və xurma yeşiklərinin də batdığını, sonradan Xəyalın ona yeşiklərin pulunu verməsini dediyini, Xəyala ona bir az vaxt verməyini, ona görə zərərə düşdüyünü, bir az işləyib ilin axırına qədər onun pulunu verəcəyini dediyini, xx.xx.2020-ci il tarixdə Xəyalın ona Ağdaşda görüşmələrini və “Natiq” kafesində olduğunu bildirdiyini, Xəyala mümkün olsa Göyçayda görüşmələrini xahiş etdiyini, lakin Xəyalın Ağdaşa gəlməyini və Ağdaşda görüşmələrini dediyini, Xəyala razılıq verdiyini, daha sonra Şahindən Natiqin kafesinin harda olduğunu soruşduğunu və Xəyalın onları ora çağırdığını bildirdiyini, həmçinin eyni ilə həmin işi onun digər bir şəriki olan Atamoğlan adlı şəxsin də gördüyünü, həmin yeşiklərdən Atamoğlana da verdiyini, Atamoğlanın da yığdığı malı Xəyalın götürmədiyini, Atamoğlan və Şahinə də oraya gəlmələrini və bu məsələnin həlində ona kömək etmələrini dediyini, bundan sonra Ağdaşa gəldiyini və kafeyə girdiyini, həmin vaxt kafedə bir otaqda Xəyalın, Fəridin üç nəfər də tanımadığı şəxslərin olduğunu gördüyünü, içəri girən kimi Xəyalın onunla sərt formada söyüşlə danışmağa başladığını, ona söyüşlə danışmamağını dediyini və onların beş nəfər olduğunu özünün isə tək olduğunu görüb durub çıxmaq istədiyini, lakin Xəyalın onun qabağını kəsərək onu çıxmağa qoymadığını, buna görə aralarında mübahisə başladığını və Xəyalın ona nalayiq söyüşlər söyərək onu hədələməyə başladığını, onun üçün 30 min və 300 min də bir olduğunu, pul verib onun qanını batıracağını dediyini, həmin vaxt Xəyalın onun üzərinə qışqıra-qışqıra söyüş söyəndə Şahin və Elşənin içəri girmək istədiklərini, Xəyalın isə qapını onların üzərinə çırparaq onlara söyüş söydüyünü, lakin Şahin və onunla birlikdə gələn qardaşı Elşənin ona görə narahat olub qapını basıb içəri girdiklərini, bu zaman Xəyalın sərt formada onlardan kim olduğunu soruşduğunu, onlar da Şahin və Elşən olduqlarını, onun şərikləri olduqlarını və onun çağırışı əsasında ora gəldiklərini, ona görə narahat olduqlarını bildirdiklərini, lakin Xəyalın onları zorla çölə çıxarmaq istədiyini, Şahinin isə ona görə narahat olduğunu bildirdiyini, onun da çölə çıxmağını istədiyini və Xəyala onların bura dostyana söhbət etmək üçün mehriban niyyətlə gəldiklərini bildirdiyini, lakin Xəyalın yenə də onlarla söyüşlə danışaraq onları çölə çıxarmaq istədiyini, buna görə aralarında mübahisə olduğunu, mübahisə zamanı ora kafe sahibi Natiqin gəlib çıxdığını və onları aralyıb çölə çırxardığını, kafenin həyətinə çıxdıqdan sonra aralıdan Xəyal və onların bir az sözlə mübahisə etdiklərini, daha sonra çıxıb getdiklərini, Xəyalın onların barəsində RPŞ-nə ərizə verdiyini sonradan bildiyini, hadisə zamanı orada özü, Şahin, onun qardaşı Elşən, Xəyal, Fərid və tanımadığı üç nəfər şəxsin olduğunu, Xəyal və Fəridin yalan dediyini, həmin vaxt Elşənin əlində bıçaq olmadığını, Elşənin heç kimə bıçaq çıxarmadığını, aralarında yalnız sözlə mübahisə olduğunu, aralarında heç bir dava dalaş olmadığını, həmçinin Şahini şəriki kimi oraya özü çağırdığını, Elşənin də onunla birlikdə gəldiyini, bundan əlavə Atamoğlan adlı şərikni də özü çağırdığını, lakin Atamoğlanın gəlib çıxmadığını, həmçinin Fəridin onlara vurduğu zərərin Şahinə və Atamoğlana da aidiyyatı olduğunu, üçü birlikdə Xəyalın onlara verdikləri yeşikləri camaata payladıqlarını və insanlara beh verdiklərini, hər üçünün də Xəyalın malı götürmədiyi üçün zərər etdiklərini, Xəyal yalan dediyini, Elşənin Xəyalla tutaşmadığını, əlbəyaxa olmadığını, özü də Xəyala kəllə vurmadığını, Zərərçəkmiş şəxs yalan dediyini, Şahin və Elşənin kafedə heç nəyi dağıtmadığını və kefeyə ziyanlıq vurmadığını, hadisənin təxminən 5 dəqiqə çəkdiyini, hadisə zamanı elə bir səs-küy olmadığı üçün ora heç kimin gəlmədiyini, Xəyalın onları vurub xəsarət yetirmədiyini, onun da Xəyala hər hansı xəsarət yetirmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında dostu Fəridin Ağdaş rayonu ərazisində xurma tədarükü ilə məşğul olduğunu, özünün də ona komək etdiyini, təxminən bir ay olar ki, Ağdaş rayonunda olduqlarını, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Ağdaş rayonu Dördyol ərazisində “Natiq” adlı şəxsin kafesində oturub çörək yediklərini, həmin vaxt orada özü, dostu Fərid, Ehtibar adlı dostu, Ehtibarın oğlu Siyah və Elvin olduğunu, oturub çay içdiklərini və Əhəd adlı dostlarını gözlədiklərini, Əhəd adlı şəxslə Fəridin arasında pul söhbəti olduğunu, Əhəd gələndən sonra bu söhbəti etməyə başladıqlarını, bu zaman kafedə oturduqları yerə Elşən və Şahin Şirinov adlı Ağdaş rayon Ağcayazı kənd sakilərinin gəldiklərini, onlarla heç bir salam-kəlam ünsiyyətlərinin və münasibətlərinin olmadığını, Elşən və Şahinin içəri girən kimi Elşən cibindən bıçaq çıxardığını və onun üzərinə hücum etdiyini, lakin əlinin harasa dəydiyini və bıçağın yerə düşdüyünü, daha sonra Elşənin əyilib bıçağı götürmək istədiyini, Elşən bıçağı çıxarıb onları vurmaması üçün həmin vaxt dostu Ehtibar və Elvin adlı şəxslərin araya girdiklərini, bundan sonra Elşən, Şahin və Əhədin onların üzərinə hücum etdiklərini, lakin ortalığa girən şəxslərin Elvin və Ehtibarın, həmçinin həmin vaxt oraya gələn “Natiq” adlı kafe sahibinin onları vurmasına imkan vermədiklərini, mübahisə edə edə çölə çıxdıqlarını, daha sonra kafenin həyətində Elşən və Şahinin bir az səs-küy saldıqlarını və onları hədlədiklərini, onlara qarşı nalayiq söyüşlər söydüklərini, lakin həmin vaxt orada olan şəxslərin Elşəni və Şahini onlara xəsarət yetirməyə qoymadıqlarını, yalnız Əhədin fürsət tapıb onun sifətindən kəllə ilə vurduğunu, bir də Elşənin onun qolundan tutub burduğunu və onun sağ qoluna xəsarət yetirdiyini, həmçinin Elşən, Şahin və Əhədin kafedə olan stolu dağıtdıqlarını və kafeyə də zərər vurduqlarını, bundan sonra orada olan şəxslərin Elşən və Şahin adlı şəxsləri araladıqlarını, ərizə vermək üçün RPŞ-nə gəldiklərini, hadisənin baş verməsinə heç bir səbəb olmadığını, Elşən və Şahinlə heç bir ünsiyyətlərini və münasibətlərinin olmadığını, Elşənin və Şahinin onlara hücum etməsinin heç bir səbəbini tapa bilmədiyini, lakin Əhədin Xəyala borcu olduğunu, Əhədin Elşən və Şahinlə birlikdə onları qorxutmaq və onlara olan borcunu sildirmək istədiyini fikirləşdiyini, Elşənin əlində olan bıçağın onun özündə qaldığını, Elşənin sonradan həmin bıçağı yerdən götürdüyünü, Elşənin əlində olan bıçağın gümüşü rəngli dəmir bıçaq olduğunu, həmin bıçağın tiyəsinin təxminən 8-10 sm olduğunu, Elşənin bıçaqla heç kimə zərər vura bilmədiyini, bıçağın onun əlindən yerə düşdüyünü, hadisənin təxminən 25-30 dəqiqə çəkdiyini, həmin vaxt orada özü , dostu Fərid, Elvin, Ehtibarın oğlu Siyah, Natiq, Elşən və Şahin qardaşlarının və Əhədin olduğunu, hadisədən sonra Şahin adlı şəxsin ona zəng edib onunla görüşmək və haqq-hesabı çürütmək istədiyini, ona hədə-qorxu gəldiyini, Elşən və Şahini əvvələr tanımadığını, onları Əhədin ora çağırmasından xəbəri olmadığını, bunu bilmədiyini, Elşənə və Şahinə Əhədlə arasında olan söhbətə qarışmamaları üçün otağa girməmələrini istədiyini, Əhədin ona borcu olduğunun doğru olduğunu, onun üçün yığdıqları malı götürməməyinin düzgün olmadığını, Əhədə yeşik verdiyini, geri qaytarmadığını, Əhədin onu kəllə ilə vuraraq xəsarət yetirdiyini, Elşənin isə onun qolunu buraraq ona xəsarət yetirdiyini, Şahin və Elşənin bir söhbəti olmadığını, onun söhbətinin Əhədlə olduğunu, Əhədlə söhbət edən zaman Elşən və Şahinin qapını təpiklə açıb içəri girdiklərini və Elşənin cibindən bıçaq çıxardığını, Elşənin və Abduləhədin yalan danışdıqlarını, onların hər ikisinin onu döyüb xəsarətləndirdyini, onlarla barışmadığını, şikayətçi olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 726 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ bazunun orta 3/1-nin iç səthinin, üst dodağın diş səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqında protokol, protokola əlavə edilmiş sənədlərl və ekspert rəyi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, Şəxs zərərçəkmiş şəxslə barışmamasını nəzərə alaraq barəsində inzinati tənbeh növü olaraq 400 manat cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1973-cü ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göyçay rayonu, Bığır kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 manat cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-498/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-498/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver