Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-498/2022 12.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən evdə qohumu X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin müstəntiqi X4 16 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət təqibinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X5 onun qardaşı Zərərçəkmiş şəxs arvadıdır. Qardaşı Azad ilə Türkanə təxminən 14 ildir ailəlidirlər. Onların birgə nikahlarından 3 qız övladları vardır. Qardaşı Azad ilə arvadı Türkanə arasında son 4-5 ildir ki, münasibətlərin yaxşı deyil. Onların arasında tez-tez mübahisələr baş verir. Buna səbəb Türkanənin özünü sərbəst aparaması, vaxtlı-vatxsız evdən çıxması, evə gec saatlarda qayıtması, övladlarına baxmaması və s. bu kimi hallardır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhərində olan zaman qardaşı Azad ona zəng edərək harada olmasını soruşmuş və ona Türkanənin evdən çıxmasını bildirmişdir. daha sonra Azad Ağdaş şəhərinə gəlmişdir. Azadla beşmərtəbə deyilən yerdə görüşmüşlər. Həmin vaxt Azad ona Türkanənin yaxınlıqda olan binalardan birində olduğunu söyləmiş və daha sonra həmin binaya tərəf getmişlər. Azad qeyd etdiyi binaya çıxmışlar. Azad ona Türkanənin həmin binanın 3-cü mərtəbəsində yerləşən mənzildə olmasını bildirmişdir. Onlar qapının açılmasını gözləyib mənzilə daxil olmuşlar. Həmin vaxt evdə mənzilin sahibi Natiq adlı şəxs də olmuşdur. Azad Türkanəni axtarmağa başlamış, hamam otağının qapısının bağlı olduğunu gördüyü üçün ora doğru getmişdir. Azad hamam otağının qapısını açan zaman arvadı Türkanənin hamamda duş qəbul etməsini görmüşdür. Azad Türkanənin qolundan yapışaraq hamamdan çıxartmış və ondan burada nə işi olduğunu soruşmuşdur. Türkanə isə cavabında heç nə deməmişdir. X7 arxa nahiyəsində sillə izlərinin olmasını görmüş və bir dəfə də Azad sillə ilə Türanənin həmin nahiyəsindən vuraraq həmin izlərin nə olmasını soruşmuşdur. Bundan başqa qardaşı Azad Türkanəni vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Bundan sonra oradan çıxıb getmişlər. O Türkanə Məmmədovanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt əlində balta sapı və ya hər hansı başqa bir əşya olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 2014-cü ilin payız ayında Ağdaş rayonunun Qolqəti kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxsla birgə nikahlarından 3 övladları olmuşdur. Ailə həyatı qurduqdan sonra əvvəl vaxtlarda Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmuşdur. Son 2-3 il ərzində onun əri Zərərçəkmiş şəxsla münasibətləri pisləşmişdir. Mütəmadi olaraq müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs onu heç bir səbəb olmadan xəyanətdə ittiham edərək döyərək nalayiq ifadələrlə təhqir edir. Zərərçəkmiş şəxs ailəni dolandıra bilmədiyi üçün onun Ağdaş şəhərində evlərdə təmizlik işləri aparıb pul alaraq ailəsini dolandırmağa çalışır. 25 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində xadimə işlədiyi Ağdaş şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən Natiq Tahirov adlı şəxsin mənzilində olarkən Natiqin evini təmizləyib qurtardıqdan sonra onun hamamında yuyunmuşdur. Natiq Tahirov həmin vaxt evdə olmamışdır. Təmizlədiyi evin qapısı isə açıq olmuşdur. Hamamda olarkən Natiq Tahirov yaşadığı evə gəlmiş, lakin, həmin vaxt Natiqin arxası ilə qaynı Şəxs və əri Zərərçəkmiş şəxs da Natiq Tahirovun yaşadığı evə daxil olmuşlar. Daha sonra isə onlar evdə hamam otağının qapısını açıb içəri daxil olmuşlar və onu telefona çəkərək pozğunluq etdiyini bildirmişlər. Onlara pozğunluq etmədiyini və evi təmizlədikdən sonra tərlədiyinə görə hamamda yuyunduğunu söyləmişdir. Lakin Ayaz və Azad onun sözlərinə məhəl qoymamış və onun ünvanına nalayiq ifadə işlətmişlər. Buna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı əri Azad bir dəfə yumruqla onun sağ göz nahiyəsindən, sonra bir dəfə də, yumruqla burun nahiyəsindən zərbə ilə vurmuş və nəticədə o yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra isə qaynı Ayaz isə bir dəfə baltanın sapı ilə onun kürək nahiyəsindən vurmuşdur. Bu zaman əri Azad Ayaza çəkilişə davam etməsini söyləmiş, yumruq və təpiklə sağ ayaq nahiyəsindən, böyür nahiyəsindən və baş nahiyəsindən bir neçə dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt huşunu itirmiş, daha sonra isə qaynı Ayaz və əri Azad çıxıb getmişlər. Ayağa qalxdıqdan sonra əynini geyinib pilləkəndən düşən zaman qaynı Ayazı və əri Azadı blokda görmüşdür. Həmin vaxt Ayaz təpiklə iki dəfə onun kürək nahiyəsindən blokda vurub əlavə olaraq onu sözlə öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt yerə yıxılmış əri Azad və qaynı Ayaz isə oradan çıxıb getmişlər. Həmin gün DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs və Şəxs vurmamış və onlara heç bir xəsarət yetirməmişdir. Onların arasındakı mübahisə və davadalaşın təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa Natiq Tahirov olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən evdə qohumu X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-498/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-498/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver