Məhkəmə qərarları › İş №3(014)-499/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-499/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-499/2022 12.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları Ağdaş rayonunun Qolqəti kəndində yerləşən evdə arvadı X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin müstəntiqi X4 16 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs barəsində inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Ağdaş RPŞ-yə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünün və yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi yoxdur. Hazırda 11 yaşlı qızı Mətanət Məmmədova ilə birlikdə yaşayır. X5 onun arvadıdır. Türkanə Məmmədova ilə 27 aprel 2008-ci il tarixində ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 3 qız övladları vardır. Hazırda qızlarından Mətanətin 11, Məryəmin 9 və Mədinənin isə 6 yaşları vardır. Onunla arvadı Türkanə arasında təxminən 7-8 ildir ki, münasibətləri yaxşı deyil. Arvadı Türkanənin ona xəyanət etməsindən şübhələnməyə başlamış, buna görə də aralarında tez-tez mübahisələr baş vermişdir. Türkanə günün çox hissəsini mobil telefonla danışaraq keçiridi və tez-tez evlərdə xadimə işləməsini bəhanə edərək evdən çıxıb gedirdi. Türkanə xx.xx.2022-ci il tarixdə ona təmizlik işləri apardığı evin sahibinin ona zəng edərək qızıl bilərziyini tapmadığını və həmin bilərziyi gəlib birlikdə axtarmağı xahiş etməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Türkanəyə zəng edərək harada olmasını soruşmuş, bu zaman Türkanə ona uşaqları məktəbə apardıqdan sonra dünən təmizlik işləri apardığı evə gedəcəyini bildirmişdir. Türkanə bundan sonra uşaqları məktəbə qoyaraq həmin evə gedən zaman, Türkanəni izləmiş və onun hansı evə girməsini görmüşdür. Türkanə H.Əliyev prospektində yerləşən binlardan birinin 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olmuşdur. Bundan təxminən 15 dəqiqə sonra o və qardaşı Ayaz həmin mənzildən iki mərtəbə yuxarıda yerləşən mənzilin qarşısında durub gözləmişlər. Təxminən 15-20 dəqiqə sonra Türkanə daxil olduğu mənzilin qapısının açıldığını görmüşlər. Həmin mənzilin qapısı açıq olduğundan içəri daxil olaraq, mənzildə Türkanəni axtarmışlar. Lakin Türkanəni otaqlardan heç birində deyil, hamam otağında duş qəbul edən zaman görmüşdür. Türkanədən burada nə axtardığını və rəfiqəsinin evinin bura olubolmamasını soruşmuşdur. Bundan sonra Türkanəni özünə məxsus mobil telefonla videoya çəkməyə başlamış, həmin vaxt bir dəfə Türkanənin arxa nahiyəsindən şillə ilə vurmuşdur. Daha sonra oradan çıxıb getmişlər. Bundan bir neçə saat sonra Türkanənin ondan və qardaşından şikayət etməsi barədə məlumat almışdır. O və qardaşı Ayaz Türkanəni vurmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Həmçinin, qardaşı Ayaz Türkanəni öldürəcəyi ilə hədələməmişdir. Arvadı Türkanə ilə aralarında xx.xx.2022-ci il tarixdən əvvəl xx.xx.2022-ci il tarixdə təxminən saat 21:30 radələrində yaşadıqları Ağdaş rayonunun Qolqəti kəndində yerləşən evdə mübahisə baş vermişdir. Həmin vaxt mübahisə və dava-dalaşın baş verməsinə səbəb Türkanənin mobil telefonla çox danışması və kiminlə danışmasını ona bildirməməsi olmuşdur. Arvadı Türkanədən kiminlə danışmasını soruşduqda Türkanə ona anası ilə danışmasını söylədiyi halda mobil telefonu istəmiş, lakin Türkanə mobil telefonu ona verməkdən imtina etmişdir. Həmin vaxt Türkanənin əlindən telefonu almaq istəyərkən onun bir barmağı Türkanənin sifət nahiyəsindən dəymişdir. Həmin vaxt onu döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 2014-cü ilin payız ayında Ağdaş rayonunun Qolqəti kənd sakini Şəxs ilə ailə həyatı qurmuşdur. Şəxsla birgə nikahlarından 3 övladları olmuşdur. Ailə həyatı qurduqdan sonra əvvəl vaxtlarda Şəxsla münasibətləri yaxşı olmuşdur. Son 2-3 il ərzində onun əri Şəxsla münasibətləri pisləşmişdir. Mütəmadi olaraq müxtəlif vaxtlarda Şəxs onu heç bir səbəb olmadan xəyanətdə ittiham edərək döyərək nalayiq ifadələrlə təhqir edir. Şəxs ailəni dolandıra bilmədiyi üçün o, Ağdaş şəhərində evlərdə təmizlik işləri aparıb pul alaraq ailəsini dolandırmağa çalışır. 25 aprel 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində xadimə işlədiyi Ağdaş şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən Natiq Tahirov adlı şəxsin mənzilində olarkən Natiqin evini təmizləyib qurtardıqdan sonra onun hamamında yuyunmuşdur. Natiq Tahirov həmin vaxt evdə olmamışdır. Təmizlədiyi evin qapısı isə açıq olmuşdur. Hamamda olarkən Natiq Tahirov yaşadığı evə gəlmiş, həmin vaxt Natiqin arxası ilə qayını Zərərçəkmiş şəxs və əri Şəxs da Natiq Tahirovun yaşadığı evə daxil olmuşlar. Daha sonra isə onlar evdə hamam otağının qapısını açıb içəri daxil olmuşlar və onu telefona çəkərək pozğunluq etdiyini bildirmişlər. Onlara pozğunluq etmədiyini və evi təmizlədikdən sonra tərlədiyinə görə hamamda yuyunduğunu söyləmişdir. Lakin Ayaz və Azad onun sözlərinə məhəl qoymamış və onun ünvanına nalayiq ifadə işlətmişlər. Buna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı əri Azad bir dəfə yumruqla onun sağ göz nahiyəsindən, sonra bir dəfə də yumruqla burun nahiyəsindən zərbə ilə vurmuş və nəticədə o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra isə qayını Ayaz isə bir dəfə baltanın sapı ilə onun kürək nahiyəsindən vurmuşdur. Bu zaman əri Azad Ayaza çəkilişə davam etməsini söyləmiş, yumruq və təpiklə sağ ayaq nahiyəsindən, böyür nahiyəsindən və baş nahiyəsindən bir neçə dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt huşunu itirmiş, daha sonra isə qayını Ayaz və əri Azad çıxıb getmişlər. Ayağa qalxdıqdan sonra əynini geyinib pilləkəndən düşən zaman qayını Ayazı və əri Azadı blokda görmüşdür. Həmin vaxt Ayaz təpiklə iki dəfə onun kürək nahiyəsindən blokda vurub əlavə olaraq onu sözlə öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt yerə yıxılmış əri Azad və qayını Ayaz isə oradan çıxıb getmişlər. Həmin gün DİN-in 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Şəxs və Zərərçəkmiş şəxs vurmamış və onlara heç bir xəsarət yetirməmişdir. Onların arasındakı mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa Natiq Tahirov olmuşdur. Həmçinin, əri Şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları Ağdaş rayonunun Qolqəti kəndində yerləşən evdə onu döyərək xəsatət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları Ağdaş rayonunun Qolqəti kəndində yerləşən evdə arvadı X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar