Məhkəmə qərarları › İş №3(014)-499/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-499/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-499/2025 30.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Müdafiəçi Ağda. Rayon Vəkil Bürosunun vəkili Vəkil2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxx 2000-ci ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağdaş rayonunun Xosrov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 avqust 2025-ci il tarixdə saat 19:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 234-km idarə etdiyi nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edərək yol nəqliyyat hadisəsi törətmiş nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 21 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs 01 avqust 2025-ci il tarixdə saat 19:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 234-km idarə etdiyi nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edərək yol nəqliyyat hadisəsi törətmiş nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 01 avqust 2025-ci il tarixdə saat 19:40 radələrində mal bazarına gedən zaman ötmə əməliyyatını düzgün etməmiş və nəticədə avtomobili qarşısına çıxan avtomobillə toqquşmuşdur. Daha sonra o, zərərçəkmiş şəxsə yaxınlaşmış, həmin vaxt onun səhhətində hər hansı problem olmamışdır. Zərərçəkmiş şəxsə avtomobilin təmiri ilə bağlı təkliflər etsə də onlar razılaşa bilməmişlər. O, Vətən müharibəsi iştirakçısıdır, himayəsində iki azyaşlı uşağı var, əməlindən peşmandır, ona köməklik edib yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 01 avqust 2025-ci il tarixdə saat 19:40 radələrində Şəxs ötmə əməliyyatını düzgün həyata keçirməyib onun avtomobili ilə toqquşmuş, nəticədə o, yüngül xəsarət almışdır. Ünbət onunla maraqlanmaq üçün xəstəxanaya gəlmiş, avtomobilə dəyən ziyanı da aradan qaldırmağa çalışmış, lakin Ünbətin qardaşı ona qarşı nalayiq ifadə işlətdiyindən həmin vaxt o, təklifləri qəbul etməmişdir. Hazırda Ünbətlə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə ərizə ilə müraciət edərək hazırda Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. və məhkəməyə ünvanladığı ərizədə bildirdi ki, İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-783 Nə-li araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan olan foto şəkillərdən məlum olur ki, aftomobillərin ehtiyat hissələrində əziklər vardır. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ diz oynağın əzilməsi, hemartozu, yan bağ gərilməsi, küt alət təsirindən törənmiş, törəmə müddətləri 01 avqust 2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan raportdan görünür ki, 01,08.2025-ci il tarixində saat 19:20 radələrində 4-cü taqımın əməkdaşı, polis baş serjantı X10 rəhbərliyinin təsdiq etdiyi cədvəl əsasında Bakı-Şamaxı-Yevlax yolunda xidmətdə olarkən həmin yolun 233-cü km-də YNHsi baş verməsi barədə məlumat daxil olmuşdur. YPX əməkdaşı hadisə yerinə getmiş, CHEVROLET CRUZE markalı **-AC-*** dövlət qediyyat nişanlı avtomaşınla VAZ-21099 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların toqquşmasını aşkarlamışdır. Hadisə yerində olan sürücü və sərnişinlərin xəsarət almamasını müəyyən etməmişdir. YPX inspektoru hadisəni sənədləşdirmişdir. İşin materiallarında olan 01 avqust 2025-ci il tarixli İN 64213 saylı alkotester nəticəsindən görünür ki, Şəxs alkoqolun miqdarı 0.000% dərəcəsində olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı- Şamaxı-Yevlax yolunun 233-cü kilometrliyində baş vermiş və hadisənin sxemi çəkilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Şəxs Vətən müharibəsi veteranıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şəxs himayəsində 14 iyul 2023-cü il təvəllüdlü X2 və 20 sentyabr 2025-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, Şəxs əməli barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül badən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən, vətən müharibəsi veteranı olmasını və himayəsində iki azyaşlı uşağının olmasını həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 4 (dörd) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar