Məhkəmə qərarları › İş №3(014)-500/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-500/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-500/2025 07.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 262.2.3-ü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı X4 bölməsi (bundan sonra SİMDNX-in 11 saylı X4 bölməsi) tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə keçirilən monitorinq zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması faktı nəticəsində Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında verərək Şəxs tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyumanın fəaliyyəti zamanı İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulduğu göstərilməklə onun barəsində müvafiq qaydada tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ona tərtib edilmiş protokol üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, belə ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən avtoyuma ona məxsusdur, avtoyumanın fəaliyyəti zamanı da çirkab suların düzgün qaydada axıdılmasını təmin etməmişir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş, SİMDNX-in 11 saylı X4 bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002247 nömrəli aktdan görünür ki, bölmənin əməkdaşlar tərəfindən keçirilən monitorinq zamanı Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suların kənara təyinatsız axıdılması məyyən edilmişdir. Akta fotoşəkillər əlavə olunmuşdur. İşin araşdırılmış hallarından görünür ki, Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmiş, onun tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suları təyinatsız kənara axıdılmışdır. İnzibati Xətalar Məcəlləsinin: 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Eminov X3 Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar