Məhkəmə qərarları › İş №3(014)-501/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-501/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-501/2023 24.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsasında X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X7 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Musiqi məktəbi və kitabxananın fəaliyyət göstərdiyi 4061 invertar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin üzərində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna zidd reklam qurğusu yerləşdirildiyindən tarix və mədəniyyət abidəsinin qorunması və istifadəsi üzrə tələblər pozulduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 7-ci bəndinə əsasən reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Göründüyü kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi reklam lövhələrinin yerləşdirilməsini “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin tələbinə əsasən abidənin bədii-estetik görkəmi dəyişdirildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinin tələbi pozulduğundan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları heç bir hüquqi əsaslandırma olmadan xüsusi mülkiyyətdə olan sahibkarlıq fəaliyyəti göstərdiyi mağazaya gələrək reklam qurğularının yığışdırılmasını tələb edirlər. O, isə onlara bunu hansı normativ hüquqi akta əsaslandırdıqlarını sahibkar olaraq reklam lövhəsinin yerləşdirilməsinin onun hüququ olduğunu hansı formada ölçüdə reklam lövhəsinin yerləşdirilə biləciyi barədə rəsmi təkliflərinin ona göndərilməsini dəfələrlə bildirmişdir. Onlar isə reklam lövhələrinin abidənin bədii-estetik görkəminin dəyişdirilməsini bildirmişlər. O, isə onlara hər dəfəsində reklam lövhəsinin abidənin bədii-estetik görkəminin dəyişdirmədiyini yalnız abidənin bədii-estetik görkəminin məhdudlaşdıra bildiyini reklam lövhəsini yığışdırdığı təqdirdə eyni görkəmin qaldığını, abidənin fasadında bedii-estetik görkəmi dəyişdirəcək hər hansı yenidənqurma işinin getmədiyini, reklam lövhəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zərurətin asıldığını necəki, reklam lövhəsi isə yanaşı zərurətdən işıq sayğacının və kondisionerin mator hissəsinin yerləşdiyi kimi. Onlara əgər reklam lövhəsinin yerləşdirilməsi bədii-estetik görkəminin dəyişdirirsə o zaman işıq sayğacının və kondisionerin mator hissəsinin də yığışdırımalı olduğunu, bunun isə məntiqi təfəkkürə təbii ki, uyğun olmadığını bildirmişdir. Həmçinin reklam lövhəsinin icazəli və ya icazə olmadan yerləşdirilməsi onların qurumunun səlahiyyətində olmadığını bu işə hüquqi qiyməti yalnız X3 verə biləcəyini bildirmişdir. Qeyd olunanlara əsasən reklam lövhəsinin yerləşdirilməsi abidənin bədii-estetik görkəmini dəyişdirmir yalnız bədiiestetik görünüşü məhdudlaşdıra bilər. Belə ki, bədii-estetik görkəmin dəyişdirilməsi dedikdə bir şeyin başqa bir şeylə əvəz edilməsi başa düşülür. Məsələn: bir hicab taxan insan götürək hicab geyinərək bədii-estetik görünüşünü məhdudlaşdırır, ancaq hicabı çıxardıqda insanın bədii-estetik görünüşü dəyişilməzdi. Lakin həmin adam estetik burun əməliyyatı edərsə artıq bədii-estetik görünüşünü dəyişmiş olar. Reklam lövhəsinin yerləşdirilməsi də eynilə abidənin divarına fasadına heç bir xələl gətirmir. Reklam lövhəsi götürüldüyü təqdirdə abidənin bədii-estetik görünüşü dəyişməz olaraq qalır. Digər tərəfdən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 7-ci bəndində qeyd edilir ki, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıqabidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. Belə olan halda Qanunun 1-ci maddəsi reklam lövhəsinin yerləşdirilməsini nəzərdə tutursa 10-cu maddədə reklam lövhəsinin yerləşdirilməsi bədii-estetik görünüşün dəyişdirilməsi kimi anlaşıla bilməz. Belə olan halda qanunun bir maddəsi ilə digər maddəsi ziddiyət təşkil edər. Həmçinin reklam qurğularının yerləşdirilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Reklam lövhəsi yerləşdirmədən göstərilən xidmətləri elan etmək qeyri mümkündür. Abidənin fasadına "xxxx"ASC tərəfindən sayğac yerləşdirilmiş digər tərəfdən kondisionerin mator hissəsi yerləşdirilmişdir. Reklam lövhəsinin yerləşdirmək olmazsa o zaman qeyd edilən qurğularda götürülsün sahibkar olaraq işıqsız və yayın istisində kondisioner siz istidə fəaliyyət göstərsinlər. Təbii ki, bu ağlabatan deyil və zərurətdən yerləşdirilməsi vacib olduğu kimi sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün reklam lövhəsinin yerləşdirilməsi də vacibdir. Digər tərəfdən açıq məkanda reklam yerləşdirilməsinə dair Azərbaycan Respublikasının X3 Bərdə Regional Reklam İdarəsinə icazə vərəqi alınması üçün təkrar müraciət edilmişdir. İcazə verilmədiyi təqdirdə açıq məkanda reklam haqqında qanunvericiliyin tələbinin pozulmaslna görə X3 inzibati məsuliyyətə cəlb etmə hüququ vardır. Yəni, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bu barədə məsuliyyətə cəlb etmə səlahiyyəti yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Məkhəmə baxışının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Qərarından şikayət verilmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Musiqi məktəbi və kitabxananın fəaliyyət göstərdiyi 4061 invertar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin üzərində X7 tərəfindən qanunsuz reklam yerləşdirilmişdir. Şikayət vermiş şəxs özü də şikayətində etiraf etmişdir ki, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Musiqi məktəbi və kitabxananın fəaliyyət göstərdiyi 4061 invertar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin üzərində reklam lövhələri yerləşdirmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 şəhəri, M.İsayev küçəsində yerləşən Musiqi məktəbi və kitabxananın fəaliyyət göstərdiyi 4061 invertar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin üzərində qanunsuz reklam yerləşdirdiyindən onun barəsində Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, X7 protokolu qəbul etməkdən imtina etdiyindən, protokol xx.xx.2023-cü il tarixli, 041-QR nömrəli məktubla ünvan 1 ünvanına göndərilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş bildirişdən görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İinzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə, saat 11:00-da baxılacaq işlə bağlı bildiriş göndərilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X5 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarnın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar