Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-501/2025 15.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, SİMDNX-in 11 saylı X2 bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair SİMDNX-in 11 saylı X2 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 sentyabr 2025-ci il tarixində keçirilən monitorinq zamanı Ağdaş rayon Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı Şəxs tərəfindən formalaşan tullantı suyunun təyinatsız axıdılması aşkar olunmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Nümayəndə bildirdi ki, 25 sentyabr 2025-ci il tarixində keçirilən monitorinq zamanı Ağdaş rayon Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı Şəxs tərəfindən formalaşan tullantı suyunun təyinatsız axıdılması aşkar olunmuşdur. Qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanladığı ərizədə səhhəti ilə əlaqədər olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, özünü təqsirli bildiyini bildirib, iştirakı olamadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokolla və özünün etirafı ilə tam sübuta yetirilir. İş materiallarında olan 25 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, Suların İstifadəsinə və X1 Xidmətinin 11 saylı X2 Bölməsinin xx.xx.2025-ci il tarixli 024/S, 025/S və xx.xx.2025-ci il tarixli 026/S saylı sərəncamlarına əsasən su qanun vericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə tərəflərindən Ağdaş şəhərində növbəti monitorinq tədbirləri keçrilmişdir. Monitorinq zamanı Ağdaç rayon Yuxarı Ləki kəndi ərazisində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suyunun kənara təyinatsız olaraq axıdılması müəyyən edilmişdir. Araşdırmanın zəruriəti ilə əlaqədər avtoyumanın sahibi Şəxs ilə əlaqə saxlanaraq mövcüd vəziyyətlə bağlı izahat verilməsi bildirildi. Şəxs yazılı izahat verərək aftoyumanın sahibi olduğunu fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılmasını etiraf etmişdir. Araşdırmanın nəticəsi olaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının “Su Məcəlləsinin 103-cü maddəsinin “Su təhcizatı və tullantı sulları haqqında “qanunun və “Ətraf Mühitin mühafizəsi haqqında” qanun tələbləri pozularaq aftoyumanın fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması müəyyən edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, avtoyuma məntəqəsinin çirkab sularının təyinatsız şəkildə axıdılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlini səmimi olaraq etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. O, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə tənbeh eilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130, 262-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-501/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-501/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver