Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-502/2022 28.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların törətdilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə barəsində Xətai rayon DYPŞ-nin inspektoru, polis mayoru X2 tərəfindən 30 dekabr 2021-ci il tarixdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında LXP ******* №-li protokol tərtib edilərək 13 sentyabr 2022-ci il tarixdə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi «MERCEDES C200» markalı xxxxxxx dövlət qeydiyyat nişanlı minik avtimobili ilə hərəkətdə olarkən 28 avqust 2021-ci il tarixdə yol nişanlarının tələblərinə riayət etmədiyinə görə barəsində TP ******* №-li elektron qərara əsasən 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs idarə etdiyi «MERCEDES C200» markalı xxxxxxx dövlət qeydiyyat nişanlı minik avtomobil BDYPİ-nin X1 yoxlanılarkən müəyyən olunmuşdur ki, Şəxs adına hal-hazırda heç bir cərimə borcu yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs 28 avqust 2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxx 1967-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs 28 avqust 2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-502/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-502/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver