Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-503/2020 28.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X1 iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanında giriş qapısının qarşısında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı X6 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə Şəxs barəsində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi, X1 onun qardaşı arvadı olduğunu, xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Kəmalə Əsədovanın anası X3 yaşadığı ünvan 1 ünvanına gələrək onları narahat etdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını və Kəmalənin ona nalayiq ifadələr işlətdiyini və ona süpürgə atdığını, buna görə o da Kəmaləyə yerdən şəltəyi götürüb atdığını, aralarında yaranmış bu mübahisə zamanı nə X4 və nə də onun qızı X7 heç bir xəsarət yetirmədiyini, hazırda onlarla barışdığını bildirdi. İş üzrə zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanında baldızı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onun azyaşlı qızı X7 xəsarət yetirdiyini, lakin hazırda Şəxs ilə barışdığını, şikayətçi olmadığını bildirdi və işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti 9 ünvanında yaşayan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-503/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-503/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver