Məhkəmə qərarları › İş №3(014)-505/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-505/2024

27.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-505/2024 27.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Fizuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda heç yerdə işləməyən, Fizuli rayonu, Horadiz qəsəbəsi, B.Sərdarov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla, Yevlax şəhəri, Dədə Qorqud küçəsi 47 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 oktyabr 2024-cü il tarixdən 27 oktyabr 2024-cü ilə keçən gecə Ağdaş şəhər M.İsayev küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X7 bildirdi ki, Şəxs barəsində Ağdaş rayon X9 şöbəsində material var idi. Şəxs izahatının alınması məqsədi ilə rayon Polis Şöbəsinə gətirilməsi üçün təhqiqatçı tərəfindən raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə əlaqdar Şəxs yeri Bakı şəhəri NZS qəsəbəsində müəyyən edilərək Ağdaş rayon polis Şöbəsinə gətirilmişdir. Şəxs 26 oktyabr 2024-cü il tarixdən 27 oktyabr 2024-cü ilə keçən gecə Ağdaş şəhər M.İsayev küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 2009-cu il tarixdən 2024-cü il tarixə kimi Leyla adlı xanımla ailə kimi yaşamışdır. Onunla aralarında bəzi problemlər yaranmış və xanım ondan ayrılmı, sonra barəsində müvafiq qurumlara şikayət ünvanlamışdır. O, özü hüquq muhafizə orqanlarında işləmişdir, heç vaxt polisə müqavimət göstərməz. Polis əməkdaşları ona yaxınlaşdıqda onların yanına düşüb şöbəyə gəlmişdir. Aralarında heç bir müqavimət və ya başqa hallar olmamışdır. İki saat keçdikdən sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşdıqda qanunvericiliyə uyğun olaraq qanuni tələblərə tabe olmuşdur. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirdi ki, o çağırılarkən Bakıda olmuş, polisin çağırışına gəlmək istəməmişdir. O, 26 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində tutulaq Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş rayon X9 Bölməsində araşdırması aparılan Şəxs X5 ölümlə hədələməsi ilə bağlı sonuncunun Ağdaş rayon Polis Şöbəsinə etmiş olduğu müraciət ilə bağlı icraatına ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs dindirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirilməsi ilə bağlı raport daxil olmuşdur. Tərəfindən Şəxs yeri Bakı şəhər NZS qəsəbəsində müəyyən olunaraq həmin yerə getmiş, Şəxs izahatının alınması üçün Ağdaş rayon Polis Şöbəsinə getməli olduğu izaha olunmuşdur. O, Ağdaş rayon Polis Şöbəsinə gedərək izahat verməkdən imtina etmiş və onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra o, Şəxs 26 oktyabr 2024-cü il tarixdə saat 13:25-də Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə təhvil verilmişdir. Daha sonra onun Ağdaş rayon Polis şöbəsinə gətirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinin PPXB-in manqa komandiri, polis baş serjantı Elvin Eminov ona kömək üçün gəlmişdir. Bundan sonra Şəxs izahat verməsi üçün Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Ağdaş Rayon Polis Şöbəsinə gətirən zaman Şəxs Ağdaş rayonu ərazisində eyni hərəkətləri davam etdirərək polisin qanuni tələbini kobud surətdə pozmağa davam etmişdir. Məhkəmə iclasında Kaman Qələndərov sualları cavablandıraraq bildirdi ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə saat 13:25-də Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə təhvil vermişdir. O, Şəxs Ağdaş rayon Polis Şöbəsinə 26 oktyabr 2024-cü ildən 27 oktyabr 2024-cü il tarixə keçən gecə saat 00:45 radələrində gətirmişdir, ola bilsin ki, bu səbəbdən onu tutulmasının vaxtı saat 00:45 kimi qeyd olunmuşdur. X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 26 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən Ağdaş rayon Polis Şöbəsinə gətirilməsi barədə göstəriş alaraq, Bakı şəhərinə getmişdir. Şəxs Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən götürüb Ağdaş rayon Polis Şöbəsinə gətirmişdir. Kaman Qələndərovla birlikdə Şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirən zaman Şəxs Ağdaş rayonu ərazisində onların qanuni tələbinə əməl etməyək avtomobildən düşməmiş, onlara müqavimət göstərmişdir eyni hərəkətləri davam etdirərək polisin qanuni tələbini kobud surətdə pozmağa davam etmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axrtarış Bölməsinin əməliyyat müvəkkili X10 rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlandığı raportdan görünür ki, Ağdaş RPŞ-ın İB-də araşdırması aparılan Şəxs X5 ölümlə hədələməsi ilə bağlı sonuncunun Ağdaş RPŞ-yə etmiş olduğu müraciət ilə bağlı icraatına Fizuli rayonu, Horadiz şəhəri, В Sərdarov küçəsi ev 2 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs İB-də dindirilməsi uçun gətirilməsi ilə bağlı raport daxil olmuşdur. Şəxs Bakı şəhər NZS qəsəbəsində yeri müəyyən olunaraq izahatının alınması üçün Ağdaş RPŞ-yə getməsi Şəxs zah olunmuş, o, RPŞ-yə gedərək izahat verməkdən imtina edərək onun qanuni tələbinə qəsdən tabe olmamış, Bakı şəhər Nizami RPİ-in 23-cü polis bölməsinin ərazisində qanuni tələbinə tabe olmadığı üçün onu saat 13:25 radələrində Bakı şəhər Nizami RPİ-in 23- cü polis bölməsinə təhvil vermiş, daha sonra onun Ağdaş RPŞ-yə gətirilməsi üçün Ağdaş RPŞ-in PPXB-in manqa komandiri, polis baş serjantı Elvin Eminov ona kömək üçün gəmişdir. Bundan sonra Şəxs izahat vermək üçün Ağdaş RPŞ-yə gətirmişlər, Ağdaş RPŞ-yə gətirən zaman Şəxs Ağdaş rayonu ərazisində eyni hərəkətləri davam etdirərək polisin qanuni tələbini kobud surətdə pozmağa davam etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin 27 iyun 2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasında yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu, 14 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə və 28 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir. Belə ki, onun həmin izahatı iş üzrə dindirilmiş şahidlərin izahatları və iş materilallrı ilə təkzib olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 27 oktyabr 2024-cü il tarixdə saat 00:45-də inzibati qaydada tutulmuşdur. Lakin iş materiallarında olan Kaman Qələndərovun raportundan və şahidlərin izahatlarından məlum olur ki, Şəxs Ağdaş rayon polis Şöbəsində araşdırması aparılan X5 ölümlə hədələməsi ilə bağlı sonuncunun Ağdaş RPŞ-yə etmiş olduğu müraciət ilə bağlı Ağdaş şəhərinə gətirilməsi üçün 26 oktyabr 2024-cü il tarixdə saat 13:25-də Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxt 26 oktyabr 2024-cü il tarixdən saat 13:25-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26 oktyabr 2024-cü il tarixdən saat 13:25-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar