Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-509/2023 15.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1971-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ünvan 1ində otlaq örüş sahəsində başından vuraraq sol göz nahiyyəsindən vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 10 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 15 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X2 ilə birlikdə mütamadi olaraq özünə məxsus heyvanları otarmaq üçün kənd ərazisində yerləşən, bələdiyyə torpağına məxsus torpaq sahəsində otarırlar, sonuncu dəfə 06.07 2023-cü il tarixdə saat təxminən 18 radələrində həmkəndlisi Rəşadət Səlimovla birlikdə həmin bələdiyyə torpağına məxsus torpaq sahəsində heyvanları otarmaq üçün getdiklərində vaxt otlaq sahəsinin kənarının hasarlandığını görmüşlər, bu zaman hasarın giriş qapısını kənara çəkərək həmkəndlisi Rəşadət Səlimovla birlikdə heyvanları otlaq sahəsinə ötürmüşlər, təxminən 10-15 dəqiqə sonra digər həmkəndlisi Zərərçəkmiş şəxs onun yanına gələrək ona yüksək səslə "siz heyvanları otlaq sahəsindən çıxarın, burada heyvanlarınızı otarmayın" sözünü bildirmişdir. O da həmkəndlisi Zərərçəkmiş şəxs "bu sahə bələdiyyə torpağına məxsus örüş sahəsidir, buna görə də heyvanları burada otarırıq" sözünü bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs əsəbləşərək onun üstünə gələrək, onu nalayiq ifadələrlə təhqir etmiş və ona əl-qol ataraq, onunla davadalaş etməyə başlamış, dava-dalaş zamanı Ramazan onun çənə nahiyyəsinə yumruqla və sol qulağına şillə ilə vuraraq ona xəsarət yetirmiş, o da özünü müdafiə etmək məqsədi ilə, eləcə də əsəbləşərək onun baş nahiyyəsindən şillə ilə vurmuş, daha sonra Ramazandan aralaşaraq AR DİN-nın 102 xidmətinə bu barədə məlumat vermişdir. Dava-dalaş zamanı əlində ağac parçası olmamış və Ramazana ağac parçası ilə vuraraq xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Şəxs və digər həmkəndlisi X2 ilə birlikdə ona məxsus pay torpaq sahəsində iribuynuzlu heyvanlarını otaran zaman Şəxs yaxınlaşaraq ona ‘mənə məxsus pay torpaq sahəmin giriş qapısını nə səbəbə görə açıq qoymusan” sözünü bildirmiş, Şəxs isə cavabında “yaxşı edib qapını açıq qoymuşam" sözünü bildirmişdir. O, isə Şəxs cavabında “qapını ört" sözünü bildirdik də həmkəndlisi Şəxsla aralarında mübahisələri və dava-dalaş baş vermişdir. Həmin vaxt Şəxs heyvanları otardığı ağac parçası ilə onun baş nahiyyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ünvan 1ində otlaq örüş sahəsində başından vuraraq sol göz nahiyyəsindən vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 15 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı, həmçinin iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-509/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-509/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver