Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-511/2023 25.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi Qərardan şikayət vermiş şəxs X5 Qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X6 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X7 yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.3-cü maddələri ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 26 iyul 2023-cü il tarixdə Ağdaş rayonu, Heydər Əliyev prospektində idarə etdiyi avtomobillə hərəkətdə olmuşdur. Avtomobili idarə edərkən hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Lakin buna baxmayaraq, Ağdaş rayon YPX-nin əməkdaşı onun xəbəri və iştirakı olmadan barəsində 26 iyul 2023-cü il tarixli İXP ******* saylı elektron protokol tərtib etmiş və bu protokol əsasında qanunsuz və əsassız olaraq 04 avqust 2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (İXM-in 327.2 və 332.3-cü maddələri əsasında) tərtib edərək barəsində 300 manat miqdarında inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, onun inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Əgər ona məlumat verilsəydi, o əlbəttə ki, Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarını Ağdaş rayon Yol Patrul Xidmətinə təqdim edərdi, onlara da məlum olardı ki, barəsində 1 il müddətə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnun məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərarının icrasına cərimələrini ödədiyi üçün vəsatəti əsasında xitam verilmişdir. Lakin göründüyü kimi Ağdaş rayon Yol Patrul Xidməti qanunvericiliyin bu müddəalarını göz ardı edərək hüquqlarını pozmuşdur. Həmçinin, onu da qeyd etmək istərdi ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, onun yuxarıda qeyd etdiyi inzibati xətaları törətməyini sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin göründüyü kimi Ağdaş rayon YPX əməlində inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videoqörüntüləri və ya səs yazıları mövcud olması barədə hər hansı bir sübut təqdim etmədən, barəsində əsassız qərar qəbul edərək hüquqlarını pozmuşdur. Ona mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarın surəti 09 avqust 2023-cü il tarixdə verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası DİN-in DYP-nin Ağdaş rayon Yol Patrul Xidmətinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X9 şikayətə etiraz etmiş və bildirmişdir ki, sürücü X2 hüququ məhdudlaşdırılmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun barəsində sonradan məhkəmənin qəbul etdiyi qərar barədə onlarda məlumat olmamışdır. Bu da onunla bağlı olmuşdur ki, bu barədə məhkəmənin qərarı qanuni qüvvəsini almamış və buna görə də icra olunmamışdır. Belə olan halda isə inzibati xəta haqqında protokol tərəfindən əsaslı olaraq tərtib edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarda olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)-313/2023 saylı qərardaddan görünür ki, X5 nəqliyyat vasitələrini idarə etmə hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 3(014)-313/2023 saylı qərarının icrasına xitam verilmiş, qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)- 313/2023 saylı qərardadından qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilməsi nəzərdə tutulduğundan, dərhal qüvvəsini almamışdır. O cümlədən, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən də X1 hüququnun məhdudlaşdırılmasına dair qərar hələ qüvvədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X5 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-511/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-511/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver