Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-512/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, H.Əliyev prospekti 85 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 89/2 ünvanında anası Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 14 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxsnun əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onunla anası Zərərçəkmiş şəxs ilə arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş baş verməmiş, münasibətləri yaxşı olmuşdur. Anası Nahilə ilə birlikdə onun Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən evində yaşayırlar. xx.xx.2023cü il tarixdə işdən evə qayıdıb evə daxil olan zaman anasının telefonda əsgərlikdə olan nəvəsi ilə danışdığını görmüş, yaxınlaşıb telefonda oğlu ilə danışmaq istəyən zaman anasına söhbət etdiyi üçün otaqdan çıxmasını demiş, anası isə otaqdan çıxmamışdır. Anası otaqda səs-küy olduğu üçün telefonu söndürmüşdür. Daha sonra anasına nə üçün telefonla danışmağa imkan vermədiyini soruşduqda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı anası ona verdiyi borc pulları geri istəmişdir. Anasına həmin borc pulu Oğuzda yaşayan bacısında olduğunu gedib, götürməsini bildirmişdir. Ona Oğuza getməyəcəyini dedikdən sonra isə evdən çıxıb getmişdir. Aralarında mübahisə oğlu ilə telefonda danışan zaman anasının otaqdan çıxmamasına görə baş vermişdir. Həmin vaxt orada heç kim yox idi. Mübahisə zamanı anası Nahiləyə hər hansı xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun doğma qızıdır. Qızı Rəna əvvəllər Türkmənistan Respublikasında yaşayaırdı. 2015-cı ildə Ağdaş rayonuna gələrək burada yaşamışdır. Onunla aralarında əvvəllər hər hansı mübahisə və dava-dalaş baş verməmişdir, lakin sonra qızının əsəblərində problem yaranmağa başlamışdır. Rənanın Ağdaş şəhərində, S.Səlimoğlu küçəsində evi var və qızı orada yaşayır. Ara-bir onun yaşadığı evə qonaq gəlir. Qonaq gələn zamanlarda bir neçə gün evində qalırdı. 04.08 2023-cü il tarixdə qızı Rəna saat təxminən 10:00 radələrində onun evinə gəlmişdir. Rənanın kiçik oğlu əsəgərlikdir və həmin günü qızı Rənanın oğlu ilə telefonda danışarkən nəvəsi ona pul lazım olduğunu bildirmişdir. Rəna gələn zaman ona 20 manat verərək aparıb oğluna göndərməsini tapşırmışdır. Rəna isə buna əsəbləşərək öz oğluna özünün pul göndərəcəyini demişdir. Ona sakit olmasını aparıb göndərməsini demiş, Rəna isə onunla yaşadığı evin həyətində mübahisə etməyə başlamışdır. Onu sakitləşdirmək istəsə də Rəna dayanmamış, mübahisə zamanı Rəna onu itələyib, yerə yıxmış, sonra isə qolundan ona xəsarət yetirmişdir. Bundan sonra Ağdaş rayon Polis Şöbəsinə gələrək müraciət etmişdir. Qızı Rəna ilə aralarında mübahisə 04.08 2023-cü il tarixdə saat 10:00 radələrində yaşadığı evin həyətində baş vermiş, mübahisə zamanı Rənaya xəsarət yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 89/2 ünvanında anası Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-512/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-512/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver