Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-513/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş rayonu, Ovçulu kəndində çöllük sahədə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 19 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, adının Musa olmasına baxmayaraq hamı onu Həmzə kimi tanıyır. Ramin Seyidov onun qaynıdır və qaynı ilə birlikdə Ağdaş rayonu, Ovçulu kəndində qaynı Raminin pay torpaq sahəsində çəltik bitkisi əkmişlər. Həmin çəltik bitkisinin suvarılmasında isə ərazidən keçən şirə kanallarının suyundan istifadə edirlər. Zərərçəkmiş şəxs da Ağdaş rayonu, Ovçulu kəndində yaşayır. Onun oğlu X10 müharibəsi qazisidir. Onun qardaşı X8 da Birinci Qarabağ müharibəsi şəhididi. ŞabanTarıverdiyevin oğlu qazı olmağıdan istifadə edərək gəlib onların çəltik əkdikləri yerin qabağından ünvan 1i ərazisindən torpaq sahəsi götürüb orada çəltik əkmək istədiyirdi. Bu məqsədlə də onların əraziyə gələn şirə kanalını qabağdan kəsərək özünün əkəcəyi yerə axıdırdı. Raminlə ona bir neçə dəfə “suyu tam kəsmə, bizim tərəfə də su burax ki, biz də əkinimizi suvara bilək" demişdir, lakin Şaban onların sözlərinə məhəl qoymamış və onlara gələn suyun qarşısını kəsmişdir. Nəticədə əkinləri susuz qalmış, həmin su kanalına sahələrinə su ötürmək üçün plastik boru da qoymuşlar. xx.xx.2023-cü il tarixdə Raminlə birlikdə sahəyə gedəndə borunun yerində olmadığını görüblər. Həmin borunu Şabanın yerindən çıxardığını başa düşmüşlər. Ona görə də Şabana zəng edib onu sahəyə çağırmışlar. Şaban gələcəyini desə də gözləmişlər və Şabanın gəlmədiyini görüb onun bəlkə Şabanın əkin sahəsi tərəfdə olmasını güman edərək onun əkin sahəsinə doğru getmişdir. Onun sahəsinin yanına çatanda Şabanın əlində bel aləti ilə orada işlədiyini görüb Şabanı da götürüb Raminin yanına gəlmiş, orada Şabanla söhbət etdikləri zaman bir daha ona 'bizə də şərait yaratsın biz də torpağımızı, əkinimizi suvara bilək” deyə bildirmişlər. Şabana götürdüyü borunu gətirib yerinə qoymasını bildirmişlər. Bundan sonra Şaban “mən daha əkəsi olmadım nə istəyirsiniz edin' deyib oradan uzaqlaşmışdır. Həmin sahəyə 8000 manata qədər pul xərcləmişdir. Şaban onlara yaratdığı su probleminə görə onun əkininin inkişaf edə bilmədiyini bildirmişdir. Onlar arasında heç bir dava-dalaş baş verməmişdir. Şabanı nə bel aləti ilə nə də heç bir şeylə vurmamış, ona heç bır xəsarət yetirməmiş, sadəcə oturub bir kənarda söhbət etmişlər. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, X1 onun həmkəndlisidir. Həmzə adlı şəxs isə onun qohumudur. Əvvəllər aralarında heç bir narazılıq və problem olmamışdır. X11 müharibəsi qazisi idi. Onun qazi olmasına görə Ağdaş rayon rəhbərliyi tərəfindən oğluna qonşu kənd olan Orta Ləki kənd ərazisindən əkin əkmək üçün torpaq sahəsi verilmişdir. Həmin sahədə bu il çəltik əkmək istəyirdilər və ərazidə əkin sahələrini suvarmaq üçün ərazidən keçən şirə kanallarından istifadə edirdilər. Suvarmaya görə son zamanlar Raminlə aralarında narazılıq yaranmışdır. Ona görə aralarında mübahisə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Belə ki, həmin günü təxminən saat 17 radələri idi və özü də yaşadığı evdə idi. Həmin vaxt Raminin ona zəng edib harada olduğunu soruşmuş və onu sahəyə çağırmışdır. Özü də ona evdə olduğunu, sahəyə getmək istəmədiyini bildirmiş, lakin Ramin bir neçə dəfə ona zəng etdiyinə görə piyada sahəyə getmişdir. Sahəyə çatmamış həmin vaxt Raminin piyada qohumu Həmzə adlı şəxsin isə velosipeddə gəldiyini görmüşdür. Onlar ona çatan kimi heç bir soz deməmiş onu döyməyə başlamışlar. Guya onların şirə kanalına qoyduqları borunu yerindən çıxarmış, bunu bəhanə edib onu döymüşlər. Sonra isə onu orada qoyub çıxıb getmişlər. O, da oğlu Şahmara zəng edərək gəlib onu Ağdaş RMX-na aparmasını bildirmişdir. Onu konkret olaraq həmkəndlisi Ramin Seyidov və onun qohumu Həmzə adlı şəxs döymüşdür. Ramin yumruqla bir neçə dəfə onun baş və böyrək nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmzə onun əlində olan bel alətini əlindən alıb bellə onun sol qol nahiyəsinə vuraraq xəsarət yetirmiş, daha doğrusu Həmzə onun başına vurmaq istədiyində qolunu qabağa etdiyi üçün bel aləti onun sol qoluna xəsarət yetirmişdir. Aralarındakı mübahisə və dava-dalaş çöllük sahədə baş vermiş, təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş rayonu, Ovçulu kəndində çöllük sahədə Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-513/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-513/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver