Məhkəmə qərarları › İş №3(014)-513/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-513/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-513/2024 29.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Qarasuqumlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-203/2023 saylı 02 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 5940 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(014)-203/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 13 dekabr 2022-ci il tarixdən başalayaraq 04 iyul 2015-ci il təvəllüdlü X5 və 09 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 manat, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra vərəqəsi ilə əlqədar tərəfindən 06 dekabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs bildiriş göndərilmişdir. Həmin bildirişə əsasən Şəxs bu gün, yəni 19 dekabr 2023-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlmiş, icra sənədinə əsasən onun 5940 manat məbləğində aliment borcu yarandığını bildirmiş və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti bu gün ödəyə bilməyəcəyini demişdir. Üzürlü səbəb bildirməmiş və 10 aydır ki bir dəfədə olsa gəlib xəbərdarlıq etməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Bundan sonra məhkəmə iclasında sualları cavablandıran Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şəxs yaranmış aliment borcunu ödəməsi tələb olunsa da Şəxs çağırışdan yayınmış, Şəxs adına hər hansı əmlakın olması müəyyən edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsini tələb edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Ağdaş Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(014)-203/2023 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər ay hər uşaq üçün 135 manat, cəmi 270 manat aliment ödəməlidir, lakin həmin məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Belə ki, kənddə fəhlə işləyir. 8-9 aydır ki, səhhəti ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. 10 gündür iş tapmışdır. Uşaqlar onun yanında olduqda uşaqlara yaxşı baxmış, həmin ərəfələrdə Bərdədə işləmişdir. Sonra tələbkar ondan ayrılıb çıxıb getmişdir. Keçmiş yoldaşı ailə qurduğu üçün aliment borcunu qəsdən ödəməmişdir. Uşaqlar anasının himayəsindədir. Ailə qurmayıb atası gildə yaşasaydı ona köməklik edəcəkdi. Hazırda onun 5940 manat aliment borcunu ödəməyə maddi imkanı yoxdur. O, axtarışla Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və ondan bu gün aliment tələbi ilə bağlı izahat alınmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alıb barəsində icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə birgə nikahdan iki övladı var. 10 aydır aliment borcunu ödəmir. Övladını axtarmır, heç bir maddi yardım göstərmir. O, xadimə işləyir. Uşaqlar hazırlığa gedir və onun bunların hamısını qarşılamağa gücü çatmır. Şəxs hər dəfə pul ödəməkdən boyun qaçırır, o, həmin məbləği qərəzli olaraq ödəmir. Aliment borcunu bütövlüklə ödəməsini istəyir, ödəmədiyi halda həbs olunmasını xahiş edir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 13 dekabr 2022-ci il tarixdən başalayaraq 04 iyul 2015-ci il təvəllüdlü X5 və 09 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 manat, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli 301784/2023-71-7-002 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 06 dekabr 2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, ondan 19 dekabr 2023-cü il tarixdə izahat alınmışdır. İş materiallarında olan Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin verdiyi məktubundan görünür ki, ondan 19 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol baxılması üçün Məhkəməyə göndərilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli 3(014)-808/2023 saylı qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasə xitam verilmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli 301784/2023-71-7-005 saylı xəbərdarlığın surətindən görünür ki, Şəxs xəbərdarlıq 15 yanvar 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli 301784/2023-71-7-005 saylı xəbərdarlığın surətindən görünür ki, Şəxs xəbərdarlıq 03 may 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan aktın surətindən görünür ki, Şəxs izahat verməkdən imtina etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən saat 19:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən saat 19:15-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar