Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-514/2024 01.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, 19:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki yerləşən “Dostluq” kafesində üzərində çəkisi 1,62 qram olan qurudulmuş marixuana saxlamış, eyni zamanda həmin marixuanadan çəkməsi müəyyən olunmuşdur. Bununla bağlı Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X4 28 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 19:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki yerləşən “Dostluq” kafesində üzərində çəkisi 1,62 qram olan qurudulmuş marixuana saxlamış, eyni zamanda həmin marixuanadan çəkməsi müəyyən olunmuşdur. Bununla bağlı Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X4 28 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Tərəfindən inzibatı araşdırma aparılmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, hal-hazırda da, istifadə etdiyini, lakin buna görə məhkum olunmadığını, xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 19 radələrində dostları İsmət, Elgün və Rəcəb ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən Dostluq kafesində oturub çay içib domino oynadıqlarını, özü də istifadə etmək üçün üstündə 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana götürdüyünü, oyun zamanı otağa 3 nəfər daxil olduğunu, onların Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduğunu bildirdiklərini və onun üzərimdə narkotik vasitə olması barədə onlarda məlumat olduğunu dediklərini, ona görə onun üzərinə baxış keçirəcəklərini dediklərini, özü də masadan qalxıb özünü təqdim etdiyini, sonra ona hüquq və vəzifələri barədə bildiriş verib üzərinə baxış keçirdiklərini, baxış zamanı üzərində saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitəni onlara göstərdiyini, polis əməkdaşları həmin kibrit qutusunu açıb baxdıqlarını, sonra isə elektron tərəzidə çəkdiklərini, bundan sonra üzərindən 01 ədəd də mobil telefon aşkar olunduğunu, kibrit qutusu və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürüldüyünü, polis əməkdaşlarına həmin narkotik vasitəni bu ilin may ayında yaşadığı evin həyətində əkdiyi 01 ədəd çətənə kolundan topladığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra polis əməkdaşlarının ondan yaşadığı evdə də narklotik vasitə olub-olmamasını soruşduqlarını, özü də yaşadığı evin həyətində də 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana gizlətdiyini dediyini, bundan sonra onun yaşadığı evə getdiklərini, onun iştirakı ilə polis əməkdaşlarının onun yaşadığı evə və evin həyətinə baxış keçirdiklərini, baxış zamanı yaşadığ evin aşağısında olan qaranquş yuvasının içərisində gizlətdiyi 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı göstərdiyini, həmin kibrit qutusu da polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu və iştirakçılar tərəfindən imzalandığını, bundan sonra onun yaşadığı evə baxış keçirildiyini, lakin evdən heç bir şey aşkar olunmadığını bildirmişdir. Həmçinin o ifadəsində hər iki kibrit qutusunun içərisində olan bitki kütlələri qurudulmuş marixuanalar olduğunu, həmin narkotik vasitəni özü öz yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə kolundan yığıb saxladığını, əməlindən peşman olduğunu, ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 15 oktyabr 2024-cü il tarixli HK-1/1790 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində X1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisindəki təmiz çəkisi 5,19 qram olan bitki mənşəli kütlə narkotik vasitə deyil, həmçinin X1 yaşadığı evdən aşkar olunmuş 01 ədəd kibrit qutusunda içərisindən təmiz çəkisi 1,62 bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin marixuananın təhqiqatdan sonra təmiz çəkisi 1,60 qramdır. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Buna görə də, hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan ümumi çəkisi 1,60 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan ümumi çəkisi 1,60 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-514/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-514/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver