Məhkəmə qərarları › İş №3(014)-514/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-514/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-514/2025 29.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində Ağdaş şəhəri C.Cabbarlı küçəsində uca səslə qışqırıb ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, polisin “sakit ol sakitləş” qanuni tələbinə əl-qol hərəkətləri ilə qəsdən tabe olmamışdır. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X8 tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında icraat materialı üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində Ağdaş şəhəri C.Cabbarlı küçəsində uca səslə qışqırıb ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, polisin “sakit ol sakitləş” qanuni tələbinə əl-qol hərəkətləri ilə qəsdən tabe olmamışdır. Barəsində inzibati həbs seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 28 sentyabr 2025-ci il tarixdə saat 16:30-da yaşadığı evin qarşısında olan zaman iki polis əməkdaşın ona yaxınlaşaraq polis şöbəsinə getməsi barədə məlumat vermişlər. O, polis əməkdaşlarını gördükdə əsəbi olduğundan ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona sakit olmasını bildirsələr də o, tabe olmamışdır. Bundan sonra polis əmədaşları onun qolundan tutub maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X9 izahatında bildirdi ki, Şəxs barəsində DİN-nin 102 xidmətinə şikayət daxil olmuşdur. Daha sonra o, həmin şikayətlə əlaqədər olaraq həmin şəxsi məktub və zəng vasitəsi ilə Ağdaş RPŞ-yə dəvət etmişdir. Şəxs polis şöbəsinə getməyəcəyini bildirmişdir. Daha sonra həmin şəxsin barəsində olan şikayətlə bağlı onun yaşadığı ünvana gedib Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və polis şöbəsinə getməsi ilə bağlı xəbərdarlıq etmişlər. Buna baxmayaraq o, heç bir yerə getməyəcəyini bildirib ünvansız küçə söyüşləri söymüş, ona sakit olmasını bildirsələr də sonuncu öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra onu Ağdaş RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri X4 izahatında İmam Kərimlinin izahatına uyğun izahat vermişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X12 RPŞnin rəisi polis polkovniki Vəfalı HəsənAlıyevə ünvanladığı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş şəhər S.Hacıbəyov küçəsində qeydiyyatda olmaqla yaşayan X2 DİN-in 102 xidmətinə müraciət edərək, Ağdaş şəhər Cəfər Cabbarlı küçəsi 29-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxs onun həyat yoldaşı X3 Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə mesajlar yazaraq narahat etməsi ilə bağlı icraatına HK-2/2816 saylı material daxil olmuşdur. Materialın icrası ilə bağlı Şəxs izahatı alınması üçün şifahi və yazılı formada bir neçə dəfə Ağdaş RPŞ-yə dəvət etsə də lakin, Şəxs RPŞ-yə gəlmədiyindən izahatının alınması mümkün olmamışdır. Odur ki, xx.xx.2025-ci il tarixdə saat 16:30-da PPXB-nin sahənin polis nəfəri, polis serjantı Rəvan Mürsəliyev ilə birlikdə Şəxs yaşadığı evin qarşısındakı küçədə yerini müəyyən etmişlər. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim edib barəsində daxil olmuş müraciət ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Şəxs Ağdaş RPŞ-yə gedib izahat vermək istəmədiyini və RPŞ-yə getməyəcəyini bildirərək küçədə uca səslə qışqıraraq ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs nizamintizama dəvət edib, ictimai qaydanı pozmamağı və izahat verməsi üçün bizimlə RPŞ-yə getməsini tələb etmişlər. Lakin, Şəxs xidməti avtomobilə əyləşdikdən sonra yenə də öz hərəkətlərini davam etdirərək, əl-qol hərəkətləri edib xidməti avtomobili təpikləməyə onların „sakit ol, sakitləş qanuni tələblərinə məhəl qoymayaraq əl-qol hərəkətləri ilə qəsdən tabesizlik etmişdir. Onlar Şəxs Ağdaş RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2025-cı il tarixdə, saat 13:02-də Ağdaş şəhəri S.Hacıbəyov küçəsində yaşayan X7 DİN-nin 102 XM-nə zəng edərək, oğlunun sinif yoldaşının valideyninin (kişi) vətəndaşın arvadına yazaraq narahat etməsi barədə məlumat vermişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Zahiri baxış zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 4 (dörd) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 sentyabr 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar