Məhkəmə qərarları › İş №3(014)-515/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-515/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-515/2025 30.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Siyavuş oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, 10 may 1975-ci ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı DƏMX-nin X3 Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-75026/2025 nömrəli icrası məcburi göstərişini 26 sentyabr 2025-ci il tarixədək yerinə yetirməmişdir. 26 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qanuni nümayəndə və digər 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-83025/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, o, Əmək Müfəttişliyi tərəfindən məlumatlandırılmayıb, bununla bağlı ona heç bir məlumat verilməmiş, hazırda protokolu tərtib etmiş orqan ilə razılıq əldə etmişlər və “Əmək və məşğulluq” altsisteminə baxış zamanı işçilərin elektron sənəd formasına keçilmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada bildiriş göndərilməsinə baxmayaraq salahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. İş materiallarında olan 09 oktyabr 2025-ci il tarixli MN ******* saylı elektron qərardan görünür ki, elektron əmək müqaviləsinə keçidlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 425 nömrəli qərarın icra edilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-75026/2025 nömrəli icrası məcburi göstəriş yerinə yetirilməmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, Qanuni nümayəndə Ağdaş Təhsil Mərkəzi və İxtisasartırma Kursları MMC-də direktor, müəssisə əmək müqaviləsi üzrə direktor vəzifəsində olmuşdur. İş materiallarında olan 20 oktyabr 2025-ci il tarixli №3-175/2-96567/2025 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş məktuba əsasən işçilərin “Əmək və məşğulluq” altsisteminə elektron sənəd formasına keçirilməsi təmin olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53.0.6, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ağdaş Təhsil Mərkəzi və İxtisasartırma Kursları MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ0300, Ağdaş şəhəri, M.İsayev küçəsi 17 Tel: +**********33 Faks: +**********63, Elektron ünvan 03 noyabr 2025-ci il İş № 3(014)-515/2025 Protokol tərtib etmiş orqan: Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin X3 şöbəsi Ucar şəhəri, H.Əliyev prospekti, 06 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Qanuni nümayəndə ünvan 1 Ağdaş Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 3(014)-515/2025 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar