Məhkəmə qərarları › İş №3(014)-517/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-517/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-517/2024 05.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş şəhəri Hərbi şəhərcikdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03 noyabr 2024-cü il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs 03 noyabr 2024-cü il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq səs-küy salaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də Şəxs barəsində 05 noyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi, polis leytenantı X6 bildirdi ki, Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raporta əsasən müəyyən olunmuşdur ki, Şəxs 03 noyabr 2024cü il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün Polis Şöbəsinə gətirmişdir. Daha sonra 05 noyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhər mərkəzində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib barəsində olan materialla bağlı izahat verməsi üçün Ağdaş rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin vaxt əsəbi olduğu üçün ucadan qışqırıb səs-küy salmış, şöbəyə getməyəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirərək təhvil vermişlər. Törətdiyi əməldən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 03 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində Ağdaş rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili Cəsur Hümbətov ilə birlikdə, Ağdaş rayonunda qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Şəxs izahatının alınması ilə əlaqədar şöbəyə dəvət edən zaman həmin şəxs küçədə insanların yanında ucadan qışqırıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Ona sakit olmasını bildirərək nizam-intizama dəvət edərək, ictimai qaydanı pozmamasını tələb etmişdir. Həmin şəxsə qarşılıqlı davranış və birgə yaşayış qaydalarını izah etmişdir. Onu dəfələrlə nizam-intizamlı olmasını bildirsələr də həmin şəxs bizə əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirərək və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozduğundan onun barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin inzibati binasına gətirərək və növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan 03 noyabr 2024-cü il tarixdə Ağdaş rayon X11 Patrul Xidməti Bölməsinin polis nəfəri Səməd Mustafayev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 03 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində Ağdaş rayon Polis şöbəsinin CABnın əməliyyat müvəkkili Cəsur Hümbətov ilə X9 rayonunda qeydiyyatda olan xx.xx.1994cü il təvəllüdlü Şəxs izahatının alınması ilə əlaqədar şöbəyə dəvət edən zaman həmin şəxs küçədə insanların yanında ucadan qışqırıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Ona sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib nizam-intizama dəvət etsələr də həmin şəxs polis əməkdaşlarının sözlərinə əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. Onu dəfələrlə nizam-intizamlı olmasını bildirsələr də həmin şəxslər onlara əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişlər və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələbini pozduğu üçün onun barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin inzibati binasına gətirərək və növbətçi hissəyə təhvil verilmişdir. Ağdaş rayonunda qeydiyyatda olmaqla yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunduğundan, o, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 04 noyabr 2024-cü il tarixdə saat 00:20-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar