Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-519/2025 14.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol və ona əlavə olunmuş material Ağdaş Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola baxılması 13 oktyabr 2025-ci tarixə, saat 14:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə bildirişi çatdırılmadığı üçün məhkəmə iclası təxirə salınmalıdır Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin iştirakları təmin olunduqdan sonra məhkəmə iclası davam etdirilməlidir və bu səbəbdən məhkəmə iclası təxirə salınmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.5-ci maddəsinə əsasən işə baxılmanı təxirə sala bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.5-ci maddəsinə rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəmə iclası təxirə salınaraq 20 oktyabr 2025ci il tarixə saat 15:00-a təyin edilsin. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-519/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-519/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver