Məhkəmə qərarları › İş №3(014)-522/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-522/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-522/2022 24.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Qazax rayonu, Daş Salahlı kəndi olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: “X7” MMC-nin barəsində X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və onlara əlavə edilmiş materiallardan görünür ki, “X7” MMC tərəfindən Ağdaş rayon Dəhnəxəlil kənd ərazisində bilbord qurğu üzərində reklam müvafiq icazə olmadan yerləşdirilmişdir. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X6 İdarəsinin nümayəndəsi X2 bildirdi ki, hüquqi şəxsin adı əvvəllər “X7” MMC, sonradan isə Şəxs MMC olmuşdur. Buna görə də tərəflərindən anlaşılmazlığa yol verilmişdir. Faktiki olaraq bu adlar eyni hüquqi şəxsə məxsusdur. Nəzərə alınmasını və Şəxs MMC barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab ki, X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol “X7” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli olmasına dair olsa da, belə bir hüquqi şəxsin mövcudluğu və onun hansı ərazidə hansı bilbord qurğu üzərində reklam yerləşdirilməsi haqqında heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Ümumiyyətlə, Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, “X7” MMC adlı hüquqi şəxs dövlət qeydiyyatına alınmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında “X7” MMC ilə Şəxs MMC-nin əslində eyni hüquqi şəxs olmasını bildirməsi, hazırda Şəxs MMC-nin barəsində inzibati icraatın aparılması üçün əsas ola bilməz. Belə ki, məhkəmə yalnız inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məsələyə hüquqi qiymət verməli və ehtimallar əsasında başqa hüquqi şəxsin inzibati məsuliyyət məsələsini müzakirə edə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X7” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X6 İdarəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar