Məhkəmə qərarları › İş №3(014)-524/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-524/2022

27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-524/2022 27.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Pirəyir kəndində özünə məxsus evinin həyətində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 21 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun qudasıdır. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər də mübahisə və dava-dalaş baş vermişdir xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs icra məmuru Mahir ilə birlikdə nəvəsini görmək üçün yaşadığı Ağdaş rayonunun Pirəyir kəndində yerləşən evə gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs əlində nəvəsi üçün aldığı ərzaqlar olmuşdur. Zərərçəkmiş şəxs həmin ərzaqları nəvəsinə verməyə icazə verməmiş, buna görə Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır. Ona “sən mənim həyətimdəsən, sakit ol” deyə söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs həyətində olan masanın arxasına əyləşərək nəvəsi ilə oynamağa başlamışdır. Təxminən 1 (bir) saat sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir mübahisə və dava-dalaş baş verməmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs aldığı ərzaqları nəvəsinə verməyə icazə verməmişdir. Zərərçəkmiş şəxs ona şər və böhtan atır. Zərərçəkmiş şəxs döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində icra məmuru Mahir ilə birlikdə nəvəsini görmək üçün Şəxs yaşadığı Ağdaş rayonunun Pirəyır kəndində yerləşən evinə getmişdir. O, nəvəsi ilə görüşmək istəyən zaman Şəxs onun əlində olan aldığı ərzaqları götürərək yerə tullamışdır. Şəxs “mən nəvəmi görmək istəyirəm” deyə söyləmişdir. Yerdə olan ərzaqları götürmüş, həmin vaxt Şəxs onu zorla çölə çıxartmaq istəmiş, bu vaxt sol qolu qapının arasında qalmışdır. Yenidən içəri daxil olmaq istəmişdir. Həmin zaman Şəxs onun əlindəki ərzaqları alaraq yerə tullamış və əli ilə onun üz nahiyəsindən vurmuşdur. Huşunu itirərək yerə yıxılmış, bu vaxt Şəxs oğlu Səddam gəlmişdir. Səddam ona yerdən qalxmağa kömək etmişdir. Bundan sonra Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir ilə birlikdə oradan çıxıb getmişlər. Mübahisə 3-5 dəqiqə davam etmişdir. Şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı Şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı orada ondan, Şəxs və Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahirdən başqa heç kim olmamışdır. Yaranmış səsküyə Şəxs oğlu Səddam gəlmişdir. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonunun Pirəyir kəndində özünə məxsus evinin həyətində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar