Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-527/2022 29.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə iştirakı ilə xx.xx.1980-cı il tarixdə Ağdaş rayonu Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 29 sentyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində 29 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 29 sentyabr 2022-ci il tarixdə saat 00:15 radələrində Ağdaş rayonu Pirəzə kəndində yerləşən, Elşən adlı şəxsə məxsus olan kafedə polis əməkdaşlarının ünvanına nalayıq söyüşlərlə söyərək ictimai qaydanı pozarkən onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə izah etdi ki, 29 sentyabr 2022-ci il tarixdə saat 00:15 radələrində Ağdaş rayonu Pirəzə kəndində yerləşən, Elşən adlı şəxsə məxsus olan kafedə polis əməkdaşlarının ünvanına nalayıq söyüşlərlə söyərək ictimai qaydanı pozarkən onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması barədə Ağdaş rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid1 raport əsasında tərəfindən araşdırma aparılmış, Şəxs, raport vermiş şəxsin və digər şəxslərin izahatları alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında himayəsində iki oğlu olduğunu, oğlanlarından birinin “İİ Vətən Müharibəsi” veteranı olduğunu, digəri isə hal-hazırda “Şuşada” xidmət etdiyini, xx.xx.2022-ci il tarixdə gecə saat 23:00 radələrində Ağdaş rayonu Pirəzə kəndində yerləşən, Elşən adlı şəxsə məxsus olan kafedə tanışları ilə oturub piyvə içən zaman polis əməkdaşları ilə aralarında münaqişə baş verdiyini, daha sonra onu polis əməkdaşları Ağdaş rayon Polis Şöbəsinə gətirdiklərini, əməindən peşman olduğunu, buna görə də ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Ağdaş rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid1 məhkəmə iclasında izahatında xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində Ağdaş RPŞnin PPXB-nün sürücü polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə “Fiat Doblo” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu Pirəzə kəndində xidmət apararkən Pirəzə kəndində yerləşən Elşən adlı şəxsə məxsus kafenin qarşısından keçərkən kafenin qarşısında 3-4 avtomobilin olmasını görüb avtomobili saxladıqlarını, kafeyə daxil olan zaman adının sonradan bildiyi Şəxs Miryusif oğlunun üç nəfər şəxslə birlikdə oturub yeyib-içirdiklərini gördüyünü, Şəxs onları görən kimi polisin ünvanına nalayiq söyüşlər söyməyə başladığını, bundan sonra Pərvizə yaxınlaşaraq onu nizamintizama dəvət edib, ona qanunsuz hərəkətlər etməməsini bildirdiyini, ancaq o sərxoş halda öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmadığını, buna görə də Pərvizi Ağdaş RPŞ-ə gətirib Növbətçi Hissəyə təhvil verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 məhkəmə iclasında izahatında xx.xx.2022-ci il tarixdə gecə saat 23:00 radələrində kəndlərində yerləşən kafedə tanışları ilə oturub yeyib-işdiklərini, bu zaman polis əməkdaşlarının içəri daxil olduğunu, Şəxs polisləri söyərək çölə çıxdığını, daha sonra çöldə səs-küy gəldiyini, həmin vaxtı Pərviz içkinin təsiri altında olduğunu bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 02:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi özünü etirafedici ifadəsi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini, əmlak vəziyyətini, əməlində yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan cərimə tətbiq edilməli, 29 sentyabr 2022-ci il tarixdə saat 02:10-da inzibati qaydada tutulmuş Şəxs inzibati həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. 29 sentyabr 2022-ci il tarixdə saat 02:10-da inzibati qaydada tutulmuş Şəxs inzibati həbsdən azad edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-527/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-527/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver