Məhkəmə qərarları › İş №3(014)-53/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-53/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-53/2022 03.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 X9 və Təbii Sərvətlər İdarəsinin 29.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini əvəz edən X7 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 29.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, 29.12.2021-ci il tarixdə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə X1 Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə təqsirli bilinərək ona 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 29 dekabr 2021-ci il tarixdə öz əkin sahəsinə baxmağa getdiyi zaman yeni əkilmiş arpa bitkisinin quşlar tərəfindən tələf edildiyini gördükdə özünə məxsus ov tüfəngi ilə bir dəfə havaya atəş açmışdır ki, quşlar dağılsın. Evə qayıtdığı zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X9 və Təbii Sərvətlər İdarəsinin işçiləri tüfəngi ov məqsədi ilə daşıdığını əsas gətirərək onu 1000 manat cərimələmişlər. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X9 və Təbii Sərvətlər İdarəsi MN ******* saylı, 29 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. O, sadəcə quşları əkin sahəsindən uzaqlaşdırmaq məqsədi ilə atəş açmışdır. Buna əsasən onun əməlində hər hansı bir ov etmək məqsədi olmamışdır. 8 X9 və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli işçiləri onu ov etdiyi anda yaxalamamış, əlində hər hansı bir ov aşkar etməmişlər. Qərar qəbul edilən zaman sadəcə mülahizələr və fərziyələr əsasında araşdırma aparılmışdır. Belə olan halda, barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin 02.02.2022-ci il tarixli iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 X9 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz etmiş və bildirmişdir ki, X5 ov sahəsi hesab olunan ərazidə silahını əlində açıq şəkildə saxladığı vaxt aşkar edilmişdir. Bununla bağlı onun izahatı alınmış və qanunamüvafiq tədbir görülmüşdür. Qeyd olunanara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, şikayət vermiş şəxs sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin əvvəlki məhkəmə iclasında verdiyi izahatı və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs özü də etiraf etmişdir ki, onun əlində ov silahı olmuş və havaya bir dəfə atəş açmışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə ov silahından istifadənin qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən ovçuluq təsərrüfatı dedikdə təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X3 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 X9 və Təbii Sərvətlər İdarəsinin 29.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar