Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-532/2023 23.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İİ qup əlil, ünvan 1i ünvanında qeydiyyatda olan, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş şəhərində yerləşən “Bələdiyyə” çayxanasının otağında Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 19 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 23 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağdaş rayonu, Mürsəl kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Qəriblə əvvəllər aralarında heç vaxt mübahisə və dava-dalaş baş verməmiş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Qəribin qardaşı Şahin ilə aralarında zarafatları var. xx.xx.2023-cü il tarixdə ünvan 1inin yaylağında idi, Şahin də orada idi. Şahinlə birlikdə yol gedərkən Şahinin belində eşşək yəhəri apardığını görmüş, Şahinlə zarafatı olduğu üçün həmin vaxt Şahini videogörüntüyə almış və Şahinə “indi də sən yəhərlənmisən eşşək kimi” ifadəsini zarafatyana işlətmişdir. Daha sonra həmin günü axşam, yəni saat 22 radələrində Şahin ilə yaylaqda axşam yeməyi zamanı Şahinə həmin videonu “tik-tok” sosial şəbəkəsinə qoyacağını söyləmiş, Şahin də buna etiraz etməmişdir. Sonra videonu həmin sosial şəbəkəyə yerləşdirmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08:00 radələrində sosial şəbəkədə olarkən yerləşdirdiyi videonun şərh hissəsində Şahinin qohumları, əsas da, qardaşı Şərif onun barəsində təhqiramiz şərhlər yazdığını görmüşdür. Həmin vaxt videonun şərh bölməsinə öz mobil nömrəsini yazmış və kimin nə sözü varsa zəng edib söyləməsini bildirmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə gün ərzində Şahinin qohumları ona zənglər edərək onu təhqir etmişlər, Şərif həmçinin ona Kəlbəcər rayonuna yaylağa onunla söhbət etmək üçün gələcəyini söyləmişdir. Şərifə Kəlbəcərə gəlməməsini, özünün Ağdaşa gəlib onunla söhbət edəcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Şərifə zəng etmiş və bir neçə saata Ağdaşa çatacağını söyləmişdir. Ona Ağdaş şəhərində yerləşən “bələdiyyə” çayxanasında görüşməyi təklif etmiş, Şərif də razılaşmışdır. Sonra təxminən saat 19:00 radələrində təyin olunan çayxanada Şəriflə görüşmüşdür. Çayxananın kabinetinində oturmuşlar. Şərifə boş yerə hay-küy saldıqlarını, Şahinlə zarafatlarının olduğunu, videonu da Şahinin razılığı ilə sosial şəbəkəyə yerləşdirdiyini söyləmişdir. Həmin vaxt Şərifə zəng gəlmiş və Şərif həmin şəxsi olduqları çayxanaya dəvət etdiyindən təxminən 5 dəqiqə sonra Şərifin qardaşı Qərib də həmin kabinetə daxil olmuşsur. Qərib kabinetə daxil olan kimi onun üstünə gəlmiş və yumruqla bir dəfə onun çənə nahiyəsindən vurmuşdur. Həmin vaxt aşağı əyilib çantasından söyüd çubuğunu götürüb Qəribi vurmaq istəyərkən Şərif onun qollarından tutmuş, həmin vaxt Qərib yenə yumruqla bir dəfə onun çənə nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan stəkan qırığını götürüb Qəribin qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra Şərifin qardaşı Qəribi çölə çıxarmış, bundan sonra çayxanadan çıxıb Ağdaş RPŞ-nə gəlmişdir. Zərərçəkmiş şəxsla aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Ağdaş şəhərində yerləşən bələdiyyə çayxanasının kabinetində baş vermiş, təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onu vurmuş, ona görə də, stəkan qırığı ilə Qəribin qarın nahiyəsinə bir neçə dəfə vurmuşdur. Mübahisə vaxtı Şərif onu döyməmiş və heç bir xəsarət yetirməmişdir. Eyni zamanda Şərif də onu döyməmişdir. Mübahisə və dava-dalaş zamanı orada onlardan başqa heç kimin olmamışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, qardaşı Şahin Mürşüdov lal və kardır, eyni zamanda Şahin şəkər xəstəsidir və Kəlbəcər rayonunda çoban işləyir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman özünə məxsus mobil telefonla “tik-tok” sosial şəbəkəsinə daxil olan zaman orada xəstə qardaşının qoyun otaran zaman viogörüntüsünün paylaşıldığını görmüş, həmin videogörüntüdə “ay eşşək sənin də belinə yəhər qoydular” ifadəsi yazılmışdır. Həmin videonun alt hissəsində “eşşək sənin böyüyündür” kimi rəy yazımışdır. xx.xx.2023-cü il tarixdə onun mobil nömrəsinə zəng gəlmiş, zəngi açdıqda danışan şəxsin Elməddin olduğunu bilmiş Elməddin ona nalayiq söyüşlər söyərək zəngi bağlamışdır. Bundan sonra bir neçə dəfə Elməddinə zəng etsə də, Elməddin cavab verməmişdir. Sonradan Elməddin yenə onun qardaşına məxsus görüntünü “tik-tok” sosial şəbəkəsində paylaşmasını öyrənmişdir. Elməddinin vatsap tətbiqi vasitəsilə ona nalayiq söyüşlər yazıb göndərmişdir. xx.xx.2023-cü il tarixdə Elməddin onu Ağdaş şəhərində görüşməyə çağırmış və Elməddindən harada olduğunu soruşduqda Elməddin ona “bələdiyyə” çayxanasında olduğunu söyləmişdir. Həmin çayxanaya gəlmiş və Elməddinin çayxananın otağında tək oturmasını görmüşdür. Elməddindən nə üçün ona nalayiq söyüşlər söyməsini soruşduqda Elməddin ona “yaxşı etmişəm” deyib üstünə gəlmiş və əlində olan ağac parçası ilə onun qol nahiyəsindən vurmuş, daha sonra Elməddin əlində olan bıçaqla ona bir neçə dəfə zərbə endirmişdir. Lakin həmin zərbələrdən üçü ona dəymişdir. Elməddin onu bıçaqla vurduğu üçün çayxanadan çıxıb dərhal Ağdaş RPŞ-nə gəlmiş və ərizə ilə müraciət etmişdir. Elməddin ilə aralarında çayxananın otağında olan mübahisə və dava-dalaş qısa müddətli, təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisənin ayrıca otaqda baş verdiyi üçün həmin vaxt orada başqa heç kim olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş şəhərində yerləşən “Bələdiyyə” çayxanasının otağında Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 23 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Zərərçəkmiş şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-532/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-532/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver