Məhkəmə qərarları › İş №3(014)-532/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-532/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-532/2024 18.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Ağdaş rayonunun Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Ərəb kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, e- 2(014)-388/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 1516 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuş, Şəxs həmin borcu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, e-2(014)-388/2024 saylı icra sənədinə əsasən borclu Şəxs bugünə olan 1516 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra vərəqəsi oktyabr ayında icraatına daxil olmuş və borclu Şəxs bildiriş göndərilmişdir. Borclu çağırışlara gəlmədiyin barəsində axtarış elan olunmuş və bugün İcra şöbəsinə gəlmişdir. Sonradan borclunun ölkə xaricində olduğu məlum olmuşdur. Borclunun İcra şöbəsində izahatı alınmış və borcu ödəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra tələbkarla əlaqə saxlanılmış və aliment borcunun bugün ödənilməsini tələb etmiş, əks halda Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun aliment borcundan xəbəri olmamışdır. Belə ki, o, Azərbaycanda olmamışdır. Ümumvətəndaş pasportunun müddəti bitdiyindən həmin pasportu yenidən almaq üçün Azərbaycana gəlmişdir. Özünə məxsus nömrəsi olmadığından üç gün əvvəl anasının nömrəsinə zəng gəlmiş və ona İcra şöbəsinə gəlməli olduğu bildirilmiş, o, da dərhal gəlmişdir. Aliment borcunun olmasından xəbəri olmamışdır. Fevral ayında 300 manat, daha sonra 200 manat məbləğində pul göndərmiş, bundan başqa uşaqların geyimlərini təmin etmiş, həmçinin sentyabr ayında böyük övladınına ad günü olduğundan qızıl qolbaq və geyim alaraq hədiyyə göndərmişdir. Aliment borcundan beş yüz manatını bir həftə ərzində ödəyəcəkdir, təyin olunmuş alimenti isə vaxtlı vaxtında ödəyəcəyinə söz verir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclunun aliment borcundan xəbəri var idi. Belə ki, məhkəmə iclaslarında Şəxs anası iştirak etmişdir. Dəfələrlə İsmayıl və anası aliment ödəməyəcəklərini bildirmişlər. Hazırda aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirdi ki, Şəxs ölkə xaricində olması barədə məlumatı var idi və bir neçə dəfə borcdan ödəniş etmişdir. Onun ölkəyə gəlməsi barədə icra məmurunun zəngindən sonra xəbərdar olmuşdur. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun ödənilməsi üçün vaxt verildikdən sonra Şəxs 1516 manat məbləğində borcu tam ödəmiş və borcun ödənilməsinə dair akt tərtib edilmişdir. Şəxs barəsində icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 1516 manat borcunu tam ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə iclasında müvafiq icra sənədini icra etdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar