Məhkəmə qərarları › İş №3(014)-533/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-533/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-533/2023 24.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində evinin qarşısında qardaşı oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 23 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı oğlu X6 rayon Polis şöbəsinə müraciət etmişdir. Asif Ağaməmmədov doğma qardaşı oğludur. Onunla əvvəllər aralarında dava-dalaş və mübahisə baş verməmişdir. Ağdaş rayonu, Ləki qəsəbəsində mərhum atası Ələmdən 0,13 ha torpaq sahəsi qalmış, həmin torpaq sahəsini təxminən 7-8 il bundan qabaq qardaşı Nazim ilə öz aralarında iki hissəyə bölmüşlər. 0,04 ha Nazimin, 0,08 ha-na isə onun çıxarışı olmuşdur. Torpaq sahəsinin özünə aid olan hissəndə uzunluğu 20 metr, eni isə 8 metr olan tövlə tikdirmiş, həmin tövləni tikdirdiyi ərəfədə Nazim tövlənin bir hissəsini ona verməsini xahiş etmişdir. Nazim ona həmin vaxt “mənə 2-3 metrlik toyuq hini etmək üçün tövlədən bir hissə ver” deyə bildirmiş, qardaşı ilə razılaşmışdır. Lakin tövlə tikilən zaman qardaşı tövləni iki hissəyə bölmüş, 10 metr özünə götürmüş, 10 metr isə ona saxlamış, yenə də ona bir söz deməmişdir. Qardaşı Nazim ilə razılaşmışdır. Tövlə tikilib qutardıqdan sonra hər biri özünə aid olan hissəsindən istifadə etmişdir. Tövlənin tikintisi başa çatmamış, Nazimə əgər gələcəkdə torpağı satacaqsa tövlənin satmamasını demişdir. Həmin vaxt Nazim onunla razılaşmıdır. 2023-cü ilin mart ayında qardaşı oğlu Asifin Nazimdən həmin torpağı satın almasını eşitmişdir. Bundan sonra Asifi yanına çağırıb, torpaq sahəsində olan tövləni özünün tikdirdiyini, tövlənin satıla bilməyəcəyini bildirmiş, Asif də ona Nazimdən tövləni də satın almasını demişdir. Ona bunun mümkün ola bilməcəyini dediyindən sonra aralarında buna görə tez-tez mübahisələri baş vermişdir. Bununla bağlı Asif Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Sonuncu dəfə mübahisələri xx.xx.2023-cü il tarixdə yaşadıqları evin qarşısında baş vermişdir. Axşam saatlarında heyvanlarını evə gətirdiyi zaman Asifin küçədə qapısının qarşısında oturub yüksək səslə mahnıya qulaq asdığını görmüş və ondan mahnın səsini azaltmasını xahiş etmişdir. Asifə yaxınlaşaraq bir daha mahnının səsini azaltmasını demiş, lakin Asif onun sözlərinə məhəl qoymamışdır. Bu zaman Asif nalayiq ifadə işlətmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı bir-birlərinə əl-qol atmışlar. Asif onun qolundan və sinəsindən vurmuşdur. Səs-küyə Asifin qardaşı Vasif, arvadı Vüsalə gəlmişdir. Asif və Vasifdən özünü müdafiə etmək üçün əlinə yaba götürmüş, lakin mübahisə zamanı yaba ilə heç kimə xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Belə ki, Nizami Ağammədov doğma əmisidir, Onunla əvvəllər aralarında dava-dalaş və mübahisə baş verməmişdir. Hazırda Ucar rayonunda yaşayan əmisi X7 qəsəbəsində ümumi sahəsi təxminən 0,05 ha olan torpaq sahəsi var. Həmin torpaqda isə birmərtəbəli yaşayış evi yerləşir. Əmisi bir il bundan qabaq Ucar rayonuna köçdüyü üçün həmin torpaqdan və evdən istifadə etmir. Qardaşları ilə bir evdə yaşadığı üçün həmin evi almaq qərarına gəlmişdir. 2023-cü ilin mart ayında əmisi ilə razılaşıb kredit yolu ilə 9000 (doqquz min) manata həmin evi və torpağı satın almış, hazırda hər ay həmin evə və torpağa 400 manat ödəyir. Torpağı aldıqdan sonra kiçik əmisi Nizami ilə aralarında tez-tez mübahisələr baş verməyə başlamışdır. Aldığı həyətin qonşuluğunda digər əmisi Nizaminin torpaq sahəsi var, böyük əmisi Nazim əvvəllər burada yaşadığı zamanlarda Nizami əmisinin onun hazırda satın aldığı həyətdə 20 metr uzunluğunda 8 metr enində iki hissəli tövlə tikmişdir. Həmin tövlənin arxa divarı onların arasında olan hasarın üzərindədir. Tövlənin bir hissəsinin çıxışı yolda olduğundan həmin hissəsini Nizami əmisi istifadə edir, digər hissəsinin çıxışı isə onun aldığı həyətdədir. Torpağı alan zaman Nazim əmisi Nizamini çağırmış, Nizamiyə torpağı ona satdığını torpaqda olan tövlənin də özünə aid olan hissəsini satdığını bildirmiş, lakin Nizami bununla razılaşmamışdır. Tövlənin iki hissəsini də özünün tikdiyini ona verməyəcəyini demiş və bundan sonra dəfələrlə əmisindən həmin tövləni istəsə də onun tövləni verməyəcəyini demişdir. Bundan sonra əmisi Nizamidən şikayət etmiş və bu məsələ ilə bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Sonralar aralarında bu məsələyə görə dəfələrlə mübahisələri olmuşdur. Sonuncu dəfə isə mübahisələri xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında baş vermişdir. İşdən gəlib axşam saatlarında qapının qarşısında oturub mahnıya qulaq asdığı zaman, saat təxminən 19.00 radələrində əmisi Nizami öz heyvanlarını həyətinə aparan zaman ona yaxınlaşaraq mahnının səsini azaltmasını demiş, ona mahnının səsinin yüksək olmamasını çıxıb getməsini bildirmişdir. Həmin vaxt Nizami ona qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra isə aralarında mübahisə və dava-dalaş baş vermişdir. Səs-küyə qardaşı Vasif və Nizaminin arvadı Vüsalə gəlmişdir. Mübahisə zamanı özünü qorumaq üçün əlini başına tutmuş, Nizami yumruqla onun başına vurmaq istəmiş, lakin yumruqlar ona dəyməmişdir. Həmin vaxt Nizaminin arvadı Vüsalə onlara yaxınlaşmış, əlində olan süpürgə ilə onu vurmaq istəmişdir. Qolunu başına tutuduğu üçün süpürgə başına dəyməmişdir. Aralarındakı mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı qardaşı Vasif qolundan xəsarət almış, lakin onun necə xəsarət almasını dəqiq görməm işdir. Mübahisə zamanı özünü müdafiə etmiş, əmisi Nizamini vurmamış və həmin vaxt nizamiyə hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində evinin qarşısında qardaşı oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 23 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar