Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-536/2025 23.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Müdafiəçi Ağdaş rayon Vəkil Bürounun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi sürücüsü kimi fəliyyət göstərən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1458/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün üçün hər ay 350 manat tutularaq Zərərçəkmiş şəxs verilməssi nəzərdə tutulmuş, lakin Şəxs icra məmurunun qanuni tərəbini icra etməmişdir. Bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1458/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün üçün hər ay 350 manat tutularaq Zərərçəkmiş şəxs verilməssi nəzərdə tutulmuş, lakin Şəxs icra məmurunun qanuni tərəbini icra etməmişdir. Nəticədə 1700 manat aliment borcu yaranmışdır. Borclu axtarış nəticəsində şöbəyə gətirimişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ona polis əməkdaşə zəng vurduqda, o, dərhal şöbəyə gəlmiş, axtarışda olmasından məlumatı olmamışdır. Maddi imkanı zəyif olduğu üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırki, borcu 20 gündən sonra hissə-hissə ödəyəcəyinə söz verir. Hazırda heç bir ödəniş edə bilmir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq bildirdi ki, iş üzrə yaranmış 1700 manat aliment borcu Şəxs alınıb ona verilməsində ona köməklik göstərilməsini, ödəmədiyi halda barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü tarixli e- 2(014)-1458/2024 saylı icra vərəqsindən görünür ki, Şəxs 11 sentyabr 2024-cü il tarixdən başlayaraq 01 iyul 2011-ci il təvəllüdlü X7 və 16 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 11 dekabr 2024-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2024cü il tarixli № № e352979/2024-71-7-002 saylı bildirişin surətindən görünür ki, X4 borcun ödənilməsi üçün bildiriş 11 dekabr 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2024cü il tarixli № e352979/2024-71-7-002 saylı məlumatından görünür ki, X4 borcun ödənilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin 07 oktyabr 2025-ci il “borclunun axtarışı haqqında” qərardan görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş X4 inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. X5 məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 23 oktyabr 2025-ci il tarixdən saat 19:15-dən hesablanmalıdır. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 hüquqlarının müdafiəsinə 4 (dörd) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. X5 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 23 oktyabr 2025-ci il tarixdən saat 19:15-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. X4 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-536/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-536/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver