Məhkəmə qərarları › İş №3(014)-538/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-538/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-538/2021 16.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Əbülfəz oğlunun, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu Xınaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Xınaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Əbülfəz oğlunun barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Əbülfəz oğlu barəsində 16 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o 10 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu Xınaxlı kəndində küçədə Zərərçəkmiş şəxs söyərək təhqir etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 izah etdi ki, Şəxs Əbülfəz oğlu 10 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu Xınaxlı kəndində küçədə Zərərçəkmiş şəxs söyərək təhqir etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs Əbülfəz oğlunun izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbülfəz oğlu izah etdi ki, Zərərçəkmiş şəxs ilə onunla heç bir ədavət və düşmənçiliyin olmadığını, 10 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində aralarında yaranmış mübahisə zamanı əsəbləşmiş, həmin vaxt Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söyərək oradan çıxıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, 10 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu Xınaxlı kəndində Şəxs Əbülfəz oğlu onun ünvanına nalayiq küçə söyüşlər söyərək onu təhqir etmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Əbülfəz oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs Əbülfəz oğluna inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Əbülfəz oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 50 (əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar