Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-539/2022 30.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində idarə etdiyi «VAZ-2103» markalı 61BF992 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində hərəkətdə olan zaman M.Axundov küçəsindən İ.Qaradağlı küçəsinə hərəkətə başlamaq istəyən dayanmış «Hunday Santafe» markalı 77BR678 dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, vurduqdan sonra idarəetməni itirərək işıq dirəyinə dəymişdir. Hadisə vaxtı bədən xəsarəti alan olmasa da, Zərərçəkmiş şəxs məxsus «Hunday Santafe» markalı avtomobilə maddi ziyan dəymişdir. «VAZ-2103» markalı sürücüsü avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs barəsində 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair LXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və 29 sentyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində etibarnamə ilə istifadəsində olan «VAZ-2103» markalı 61BF992 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində hərəkətdə olan zaman «Hunday Santafe» markalı 77BR678 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yola çıxmaq istəyərkən onun yolun sağ hissəsində həmin avtomobilin sağ yan hissəsindən vurduğunu, hadisə zamanı toqquşduğu yerdə dayanmayaraq hərəkətini davam etdirərkən idarəetməni itirdiyini, 200 metr aralıda olan işıq dirəyinə dəyib dayandığını, hadisə zamanı özünün və yanında olan sərnişinlərin heç bir bədən xəsarəti almadığını və tibbi müayinəyə ehtiyacının olmadığını, həmçinin hadisədən sonra sərxoşluqla bağlı yoxlanıldığını və spirtli içki qəbul etdiyinin müəyyən olunduğunu, vurduğu ziyanı hələ ödəmədiyini, əməlindən səmimi peşman olduğunu bildirdi, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 29 sentyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində özünə məxsus olan «Hunday Santafe» markalı 77BR678 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ağdaş şəhəri, M.Axundov küçəsindən üzü Qaradağlı küçəsinə doğru hərəkətdə olarkən yolda olan avtomobillərin keçməsi üçün Qaradağlı küçəsində hərəkətini saxladığı zaman sağdan gələn «VAZ-2103» markalı 61BF992 dövlət nəqliyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək onun avtomobilinin sağ yan hissəsidən vurduğunu, sonra avtomobili saxlamayaraq hadisə yerindən uzaqlaşıb təxminən 200 metr aralıda işıq dirəyinə dəyərək dayandığını, hadisə zamanı avtomobildə tək olduğunu, heç bir bədən xəsarəti almadığını və tibbi müayinəyə ehtiyacının olmadığını, sonradan onun avtomobilini vuran avtomobili idarə edənin Şəxs olduğunu öyrəndiyini, avtomobilinə dəymiş ziyanın ödənilmədiyni, ziyanın sığorta tərəfindən ödəniləcəyini, buna görə heç bir şikayətinin, tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati materiala əlavə edilmiş 29 sentyabr 2022-ci il tarixli 1349 saylı sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, Şəxs müayinə olunarkən onda yüngül dərəcəli sərxoşluq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1993-cü ildə Ağdaş rayonunun Əmirmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Şəmsəbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib səkkiz yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-539/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-539/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver