Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-545/2022 07.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X2 iştirakı ilə xx.xx.1984-ci il tarixdə Ağdaş rayonu Kotanarx anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Sadavat kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 07 oktyabr 2022-ci il tarixdə tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1430/2020 saylı 09 sentyabr 2020-ci il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən xx xxxxxx 1984-cü il tarixdə Ağdaş rayon, Kotanarx kəndində anadan olmuş, Ağdaş rayon, Xosrov ərazi dairəsində yaşayan Şəxs xx.xx.2020ci il tarixdən başlayaraq,15 mart 2012-ci il təvəllüdlü X3 və 02 mart 2014-cü il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün120 manat sabit pulməbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulub verilməsi qət edilmiş aliment borcunu ödəmədiyində Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X4 tərəfindən onun barəsində 07 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X4 izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-1430/2020 saylı 09 sentyabr 2020-ci il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən xx xxxxxx 1984-cü il tarixdə Ağdaş rayon, Kotanarx kəndində anadan olmuş, Ağdaş rayon, Xosrov ərazi dairəsində yaşayan Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq,15 mart 2012-ci il təvəllüdlü X3 və 02 mart 2014-cü il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün120 manat sabit pulməbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulub verilməsinə dair icra vərəqəsi icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, bundan sonra borclunun, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edildiyini, izahatının alındığını, lakin Şəxs icra sənədi üzrə tələbkara, yəni zərərçəkmiş şəxs borcunun ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona dəfələrlə rəsmi xəbərdarlıq edildiyini, lakin Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, zərərçəkmiş şəxsə olan borcunu ödəmədiyini, zərərçəkmiş şəxs isə borcunun ödənilməsini tələb etdiyini, borcun ödənilməsi ilə bağlı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment borcunu maddi imkanı olmadığına görə ödəyə bilmədiyini, ikinci dəfə evləndiyini, xəstə olduğu üçün işləyə bilmədiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment borcunu Şəxs ona qərəzli olaraq ödəmədiyini, bu səbəbdən də Şəxs ona 5500 manat alıment borcu yarandığını, buna görə də Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1430/2020 saylı 09 sentyabr 2020-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib,10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 07 oktyabr 2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-545/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-545/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver