Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-546/2023 08.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi Qərardan şikayət vermiş şəxs X5 Qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X6 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X8 yolayrıcını keçmə qaydalarının pozaraq inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “VAZ 21144” markalı, ** VH *** dövlət nömrə nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən H.Əliyev prospektinin Ağdaş-Qəbələ yolu ilə kəsişən hissəsində yerləşən dairəyə daxil olarkən idarə etdiyi avtomobili onun sağ tərəfindən gələn, yəni Qəbələ rayonu istiqamətində hərəkət edən “Opel” markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobil vurularaq yol nəqliyyat hadisəsi törətmişdir. DYP tərəfindən hadisə ilə bağlı heç bir eskpertiza təyin olunmamış və keçirilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Ağdaş RPŞ-nin DYP bölməsi tərəfindən barəsində İXM-in 327.2-ci maddəsi ilə protokol tərtib edilərək 80 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Qeyd edilənlərə əsasən həmin qərarı qanunsuz hesab edir. Belə ki, həmin vaxt H.Əliyev prospektinin qurtaracağında dairəyə çatmamış mövcud olan 2.4 Yol verin işarəsinin tələbinə əməl edərək dairəyə daxil olmuşdur. Dairəyə daxil olandan sonra 2.4 yol verin nişanı öz qüvvəsini itirmişdir (həmin yerdə başqa heç bir işarə yoxdur) bu səbəbdən dairəyə daxil olduğunan və üstünlük onda olduğuna görə yola davam etmişdir. Sağ tərəfindən gələn, Qəbələ rayonu istiqamətində hərəkət edən opel markalı avtomobil onu gözləməmiş və sözügedən hadisəni törətmişdir. Bundan başqa avtomobilini vuraraq yol nəqliyyat hadisəsi törədən avtomobilin hərəkət etdiyi yolda 1.7 Dairəvi hərəkətlə kəsişmə nişanı, yaxud başqa üstünlük nişanı mövcud deyil. Göstərilənlərə əsasən Ağdaş RPŞ-nin DYP bölməsinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı qərarının ləğv edilməsi barədə qərar çxarılması xahiş edilmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X9 şikayətə etiraz etmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yaşayan X8 idarə etdiyi özünə məxsus “VAZ21144” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ağdaş şəhəri Qəbələ dördyolu adlanan ərazidə hərəkətdə olarkən dairəvi yolda gözləmədən üzü Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ağdaş rayonu, Dəhnəxəlil kəndi istiqamətində hərəkətdə olan ünvan 2 ünvanında yaşayan X4 idarə etdiyi özünə məxsus “Opel Astra” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olduğu üçün dərhal Ağdaş rayon Polis şöbəsinə məlumat verilmiş, hadisə yerinə müstəntiq dəvət olunmuşdur. Ağdaş rayon Polis şöbəsinin 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla həmin hadisədə Azərbaycan Respublikası Cinayət MƏcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X7ун barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməси цчцн qərarın surəti Ağdaş RPŞ-nin DYPB-yə göndərilmişdir. Bundan sonra X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş və qərar qəbul edilərək X8 80 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarda olan bir ədəd CD diskindən görünür ki, inzibati xəta nəticəsində X5 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 4cü bəndinə əsasən yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı şikayətə baxılarkən müəyyən edilmişdir ki, sürücü X1 gələn avtomobilin yoluna çıxmış və qəza baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X5 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-546/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-546/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver