Məhkəmə qərarları › İş №3(014)-546/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-546/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-546/2025 30.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayətə baxaraq Müəyyən etdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və barəsində başlanmış inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən mənzil onun həyat yoldaşı X4 məxsusdur. Yaşayış mənzilləri Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin mənzili həyat yoldaşının adına rəsmi qaydada almışlar. Mənzil alınan zaman digər birinci mərtəbələrdə olduğu kimi həmin mənzilin də balkonunda mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən müəyyən tikintiquraşdırma işləri aparılmışdır. Onlar həmin mənzili aldıqdan sonra mənzilin balkonunda aparılmış-tikinti quraşdırma işləri çoxdan aparıldığından o, balkonda müəyyən təmir işlərinin aparılmasına icazə verilməsi üçün Ağdaş rayon Mənzil İstismar Sahəsinə müraciət etmişdir. Həmin sahə tərəfindən ona tələb olunan rüsumları ödədiyi təqdirdə icazə veriləcəyi bildirilmiş və bu barədə ona bank hesab nömrəsi verilmişdir. O, bununla razılaşaraq 140 manat və 90 manat olmaqla iki dəfəyə tələb olunan 230 manat vəsaiti Sahənin hesabına ödədikdən sonra balkonda təmir işlərini aparmışdır. Lakin bütün bunlara baxmayaraq Ağdaş Rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən rayon Polis Şöbəsinə göndərilmiş məktub əsasında X7 tərəfindən onun barəsində araşdırma işləri aparılmış, əməlində cinayət tərkibi müəyyən olunmadığına görə HK-1/1690 saylı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş, onun barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün həmin qərarın surəti Ağdaş RPŞ- nin İTB-nə göndərilmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən heç bir araşdırma aparılmadan barəsində qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol Ağdaş RPŞ-nin rəisinin MN ******* saylı, 14 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyati üzrə göndərilməsi barədə qərardadına əsasən aidiyyati üzrə baxılması üçün Ağdaş Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsidə aydın göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi inzibati məsuliyyətə səbəb olur. O, yaşadıqları mənzilin balkonunda Ağdaş rayon Mənzil İstismar Sahəsinin hesabına tələb etdikləri vəsaiti ödədikdən sonra, yəni rəsmi icazə aldıqdan sonra müəyyən təmir işləri aparmışdır. Lakin həmin maddənin dispozisiyasında müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi nəzərdə tutulur. İşin faktiki hallarından göründüyü kimi o, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan hər hansısa tikinti obyektlərinin inşa etməmişdir, sadəcə balkonda müəyyən təmir işləri aparmış və hərəkəti həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyəti yaratmır. Belə olduğu halda, onun hərəkətində inzibati xəta tərkibi olmadığına görə barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Ona görə də hesab edirə barəsində başlanmış icraata xitam verilməlidir. Lakin bütün bunlara bazmayaraq protokolundan şikayət etdiyi orqanın səlahiyyətli nümayəndəsi həmin protokolu tərtib edərkən çox səthi araşdırma aparmış, yalnız toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qeyd edilən qərara əsaslanmışdır. Əgər inzibati protokol qəbul etmiş inzibati orqan bütüb yuxarıda göstərdiyim faktiki halları nəzərə alsaydı, inzibati xətanın baş vermədiyini, əməlində inzibati xətanın tərkibinin olmamasını müəyyən edərdi. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin: 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. 129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla);https://eqanun.az/framework/46960 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). 129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar