Məhkəmə qərarları › İş №3(014)-548/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-548/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-548/2024 22.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X8, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X7, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2003-cü ildə Ağdaş rayonunun Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Türyançay MMC-də mühafizəçi işləyən, Şuşa rayonunun Xanlıqpəyə kəndində qeydiyyatda olan, Ağdaş rayonunun Pirkəkə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 21 noyabr 2024-cü il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etdikdə o, qanunsuz hərəkətlərini davam edərək polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X11 məhkəmə iclasında bildirdi ki, Şəxs və X4 yerlərinin müəyyən edilərək izahatlarının alınması məqsədi ilə Ağdaş rayon X9 Bölməsinə gətirilmələri ilə bağlı rayon X9 Bölməsinə 21 noyabr 2024-cü il tarixli 3-13-62/1-29480/2024 saylı raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı 21 noyabr 2024-cü il tarixdə saat 17:25 radələrində Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində Şəxs və X5 yaxınlaşaraq özlərini təqdim edərək barələrində Ağdaş rayon X9 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman, həmin şəxslər ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamışlar. Polis əməkdaşı həmin şəxslərdən sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etsə də, həmin şəxslər polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirərək öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermiş və həmin şəxslər öz əməllərini rayon Polis Şöbəsinin inzibati binasında da təkrarlamışlar. Daha sonra Rəhman Yolçuyev məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, hadisə Ağdaş rayonunun Ərəbocağı kəndində baş vermişdir. Özü heç bir pozuntunun şahidi olmamışdır. Belə ki, raportun icrasını həyata keçirən zaman Araz Məmmədovun deməsinə görə Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır və inzibati xəta haqqında protokol əməliyyat müvəkkili Araz Məmmədovun deməsinə görə pozuntu olduğundan tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, növbədən gəlib Pirkəkə kəndində yerləşən evində yatmışdır. Həmin vaxt Polis Şöbəsindən ona zəng gəlmiş, o, yatdığından və telefonu səssizdə olduğundan zəngi görməmişdir. Polis Şöbəsində işləyən dayısı oğlu qardaşına zəng edərək onun Polis Şöbəsinə çağırıldığını bildirmişdir. Bundan sonra qardaşı onu yuxudan oyatmış və o, Polis Şöbəsinə gəlmişdir. X12 ümumiyyətlə münasibə ti yoxdur və həmin gün onlar heç görüşməmişlər. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, o, 21 noyabr 2024-cü il tarixdə saat 08:00-da növbədən çıxmış və Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evlərinə getmişdir. Həmin ərəfələrdə işlədiyi idarədə oğurluq hadisəsi baş verdiyindən idarədə işləyən mühafizəçilərin hər birini Polis Şöbəsinə dəvət edərək izahatlarını almışlar. O, özü könüllü Polis Şöbəsinə gəlmiş, onun arxasınca heç bir polis əməkdaşı gəlməmişdir. O, ümumiyyətlə həmin gün Ərəbocağı kəndində olmamışdır. O, Polis Şöbəsinə gəldikdə günorta vaxtları, yəni təxminən saat 12 radələri idi. X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, icraatına "xxxx" Fermer Təsərrüfatı MMC-nin direktoru X2 rayon Polis Şöbəsinə müraciət edərək 90-H-042 dövlət qeydiyyat nişanlı traktorun idarəetmə mərkəzinin (beyin) açılıb götürülərək yerinə işləməyən traktorun beyninin bağlanmasını bildirməsi ilə bağlı Şəxs və X4 yerlərinin müəyyən edilərək izahatlarının alınması məqsədi ilə Ağdaş rayon X9 Bölməsinə gətirilmələri ilə bağlı Ağdaş rayon X9 Bölməsinin təhqiqatçısı Pünhan Yusibovun 21 noyabr 2024-cü il tarixli raportu daxil olmuşdur. Raportun icrası ilə əlaqədar Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində Şəxs və X5 yaxınlaşaraq özünü təqdim edərək barələrində Ağdaş rayon X9 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman həmin şəxslər ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamışlar. O, həmin şəxslərdən sakit olmalarını, ictimai qaydanı pozmamalarını tələb etsə də həmin şəxslər onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirmişlər. Bundan sonra həmin şəxsləri rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər və həmin şəxslər öz əməllərini rayon Polis Şöbəsinin inzibati binasında da təkrarlamışlar. Daha sonra Araz Məmmədov məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, o, 21 noyabr 2024-cü il tarixdə saat 17:25 radələrində Ərəbocağı kəndində olmuşdur. Şəxs "xxxx" Fermer Təsərrüfatı MMC-yə yaxın ərazidə yaxınlamışdır. Konkret həmin yerin hara olduğunu bilmir. Həmin vaxt Həmid və Sənan birlikdə olmuşlar, ətrafda onlardan başqa heç kim olmamışdır. Onları gətirmək üçün həmin yerə tək getməsinin səbəbi ona bu cür göstəriş verilməsi olmuşdur. Onun qanuni tələblərinə qəsdən tabe olmama Şəxs polis şöbəsinə getməyəcəyini bildirməsi olmuşdur. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Araz Məmmədov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, Araz Məmmədovun icraatına "xxxx" Fermer Təsərrüfat MMC-nin direktoru X2 rayon Polis Şöbəsinə müraciət edərək, 90-H-042 dövlət qeydiyyat nişanlı traktorun idarəetmə mərkəzinin (beyin) açılıb götürülərək yerinə işləməyən traktorun beyninin bağlanmasını bildirməsi ilə bağlı Şəxs və Şəxs yerlərinin müəyyən edilərək izahatlarının alınması məqsədi ilə Ağdaş rayon X9 Bölməsinə gətirilmələri ilə bağlı rayon X9 Bölməsinin təhqiqatçısı polis baş leytenantı Pünhan Yusibovun 21 noyabr 2024-cü il tarixli, 3-13-62/1- 29480/2024 saylı raportu daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı 21 noyabr 2024-cü il tarixdə, saat 17:25 radələrində Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan, 12 noyabr 1975-ci il təvəllüdlü Şəxs və Şuşa rayonu, Xanlıqpəyə kəndində qeydiyyatda olan, xx.xx.2003-cü il təvəllüdlü Şəxs yaxınlaşaraq özünü təqdim edərək barələrində Ağdaş rayon X9 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatlarının alınması zərurətinin yarandığını bildirərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman, həmin şəxslər ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamışlar. O, həmin şəxslərdən sakit olmalarını, ictimai qaydanı pozmamalarını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduqlarını izah etsə də həmin şəxslər onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəklərini bildirərək öz əməllərini davam etdirdikləri üçün həmin şəxsləri rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəsinə təhvil vermiş və həmin şəxslər öz əməllərini rayon Polis Şöbvəsinin inzibati binasında da təkrarlamışlar. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon X10 hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 21 noyabr 2024-cü il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai yerdə səs-küy salaraq nalayiq ifadələr işlətməsini, eyni zamanda polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə iclasında həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında belə bir halın baş vermədiyini bildirmişdir. Həmçinin, şahid Araz Məmmədov raportunda, həm də məhkəmə iclası zamanı verilən sualları cavablandırarkən Ərəbocağı kəndində saat 17 radələrində Şəxs yaxınlaşdığını, saat 17:25 radələrində həmin şəxsi gətirərək X10 hissəsinə təhvil verdiyini bildirsə də iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokolda Şəxs azadlığının məhdudlaşdırıldığı vaxt, yəni inzibati qaydada tutulması 21 noyabr 2024-cü il, saat 23:20 qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında şahid verilən suallara cavab olaraq bildirdi ki, həmin şəxslərə harada yaxınlaşdığını bilmir, Həmid və Sənan birlikdə olmuşlar, ətrafda onlardan başqa heç kim olmamış, onları polis şöbəsinə gətirmək üçün tək getmiş, onun qanuni tələblərinə qəsdən tabe olmama Şəxs polis şöbəsinə getməyəcəyini bildirməsi olmuşdur. Şəxs əməllərində inzibati xətanın tərkibinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə, məhkəmə iclasında Şəxs və şahidin izahatlarını, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb qiymətləndirərək hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığından onun barəsində həmin maddələrlə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar