Məhkəmə qərarları › İş №3(014)-549/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-549/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-549/2021 23.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə iştirakı ilə xx.xx.1986-cı il tarixdə Ağdaş rayonu Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Aral Bir kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Aral Bir kəndində nənəsi Zərərçəkmiş şəxs2 və qardaşı arvadı Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı Nümayəndə izah etdi ki, 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Aral Bir kəndində nənəsi Zərərçəkmiş şəxs2 və qardaşı arvadı Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər nənəsi Zərərçəkmiş şəxs2 və qardaşı arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir narazılığın olmadığını, 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində sərxoş olduğu üçün Ağdaş rayonu Aral Bir kəndində nənəsi Zərərçəkmiş şəxs2 və qardaşı arvadı Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərər alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Şəxs onun nəvəsi olduğunu, əvvəllər aralarında heç bir narazılığın olmadığını, 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Ağdaş rayonu Aral Bir kəndində yerləşən evində Şəxs onu döyərək, onun sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta törətmiş şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Şəxs onun ərinin qrdaşı olduğunu, əvvəllər aralarında heç bir narazılığın olmadığını, 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Ağdaş rayonu Aral Bir kəndində yerləşən evində Şəxs onu döyərək, onun sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta törətmiş şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxslərin, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Haxverdi Əliyevin 07 noyabr 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 10 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Şəxs yaşadığı Ağdaş rayonu Aral Bir kəndində nənəsi Zərərçəkmiş şəxs2 və qardaşı arvadı Zərərçəkmiş şəxs1 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Şəxs hadəsədən sonra ondan üzür istəyib, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxslərin ərizələrini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barışdıqda isə həmin işüzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli, MN0214621 nömrəli inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar